Pirşağı çimərliyində 2 nəfər batıb

Dərc olunub: 19/07/2019 - 01:10

bogulmaBakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onların axtarışı davam edir. Onlardan biri evin tək oğludur.








loading...


Fikrinizi bildirin