“Rusiya ilə İttifaq müqaviləsi denons edilsin” - Belaruslu deputat

Belarus parlamentinin aşağı palatasının deputatı Anna Kanopatskaya İttifaq dövlətinin yaradılması barədə müqavilənin denons edilməsinə çağırış edib.

«İttifaq dövlətinin yaradılması barədəki müqavilə özünü tam olaraq doğrultmayıb və ötən 20 il ərzində elan edilmiş hədəflərə çatmayıb. Dövlətlərarası uğurlu əməkdaşlıq bu gün tam olaraq Belarus və Rusiya arasındakı ikitərəfli sazişlərlə təmin olunur, ölkələrimiz arasında daha geniş iqtisadi əməkdaşlıq isə Avrasiya İqtisadi İttifaqı çərçivəsində reallaşdırılır» - deyə, deputat öz «Feysbuk» səhifəsində yazıb və qeyd edib ki, «qanunverici təşəbbüs subyekti olaraq o, müqavilənin ləğvi barədə uyğun qanun layihəsini irəli sürə bilər, ancaq bunun üçün ona dəstək lazımdır.

«İstənilən halda, qərar Milli Məclisdə qəbul olunacaq. Bizim ölkəmiz üçün istənilən mövcud və digər mümkün, ilk növbədə, siyasi riskləri aradan qaldırmaq məqsədilə İttifaq dövlətinin yaradılması barədəki müqavilə denons edilməlidir. Əgər siz, bu mövqeyi müafiə elirsinizsə, buyurun, petisiyanı imzalayın» - deputat bəyan edib.

Əldə olan informasiyaya görə,«change.org» saytında yerləşdirilmiş petisiyada Belarus prezidentinə və Milli Məclisə yönəlik aşağıdakı tələb yer alıb: «2019-u il dekabrın 8-nə qədər İttifaq dövlətinin yaradılması barədəki müqavilə denons edilsin». Onun təşəbbüskarı «Belarus, irəli!» vətəndaş kampaniyasıdır. İyulun 18-ə olan vəziyyətə, artıq 3 min nəfər petisiyanı imzalayıb.

Xatırladaq ki, Anna Kanopatskaya Belarus parlamentindəki müxalifət nümayəndələrindən biridir. Bundan əvvəl o, artıq İttifaq dövlətindən imtina etmək təklifi ilə çıxış edib: «İttifaq dövləti müqaviləsi ötən 20 il ərzində eləcə ölü doğulmuş uşaq kimi qalıb. İlkin olaraq, ondan öz siyasi məqsədləri üçün Belarus prezidenti istifadə edib... İndi isə ondan öz siyasi məqsədləri üçün rusiyalı siyasətçilər istifadə edirlər...» - deyə, deputat hələ yazda bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar