“Bir sıra səbəblərdən dolayı, çox-çox mürəkkəb vəziyyətdir...” – TRAMP

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Ankaranın Rusiyadan S-400 sistemləri alması məsələsini «çox mürəkkəb» məsələ adlandırıb.

O, bəyan edib ki, Rusiyadan S-400 zenit-raket sistemləri alması ilə bağlı ABŞ hökuməti Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqinin məqsədəuyğunluğunu öyrənir. Prezident Donald Tramp bu mövqeyi cümə axşamı, iyulun 18-də təsdiqləyib.

«Biz, bunu öyrənirik. Bir sıra səbəblərdən dolayı, çox-çox mürəkkəb vəziyyətdir. Əvvəlki administrasiya (Barak Obama administrasiyası) bundan da yaxşı hərəkət edə bilərdi. Əvvəlki administrasiya bu məsələdə Türkiyəyə yönəlik çox böyük səhvə yol verib» - deyə, Tramp Niderlandın Baş naziri Mark Ryütte ilə Ağ Evdə keçirdiyi görüşdə bəyan edib.

Jurnalistlər ABŞ liderindən xahiş ediblər ki, «gerçəkdənmi siz, bir qədər əvvəl siqnal vermisiniz ki, ABŞ hakimiyyəti S-400 məsələsinə görə, Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər görməyəcək?» - sualına dəqiqlik gətirsin.

Tramp suala belə cavab verib: «Biz, buna baxırıq. Görək, nə edəcəyik. Bu barədə hələ bəyan etməmişik...»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar