ELİNANIN ÖLÜMÜNƏ GÖRƏ KEÇMİŞ MƏKTƏB DİREKTORU HAKİM QARŞISINDA - Foto

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru yenidən hakim önünə çıxarılıb.Musavat.com xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevin Abbasova məhkəməyə gətirilib.

Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün mərhumun anası və vəkilləri Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmə müddət keçdiyi üçün zərərçəkmiş tərəfin vəsatətini təmin etməyib.

Belə ki, Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin 2 ay da uzadılması ilə bağlı qərar iyulun 9-da verilib. Zərərçəkmiş tərəf bundan 3 gün ərzində şikayət verə bilərdi.

Elinanın ailə üzvlərinin vəkilləri bildirib ki, qərarın surəti gec alındığı üçün apellyasiya şikayəti vaxtında verilməyib. Vəkillər müddətin bərpası üçün məhkəməyə müraciət edib.

Qeyd edək  ki, məhkəmənin qərarı ilə Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

Xatırladaq ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu yaxınlarda qətimkan tədbirinin vaxtı uzadılıb. Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

635x100

Şərhlər

[email protected] 2019-07-19 10:30:25

Elinanin 3 vekili bes ne is gorur? 3 "mehsur" vekil qerdan sikayeti ne vaxt ve nece verileceyini bilmirlerl?

Elli 2019-07-19 10:30:25

uşağın qanını batırdılar ....

Son yazılar