Britaniyada 8 evi olan xarici mafioza qarşı “Zamirə qanunu” tətbiq edildi

Britaniya polisi ötən gün iyulun 18-də bəyan edib ki, silahlı soyğunçuluq və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan bandalarla əlaqələrdə şübhəli bilinən xarici biznesmenin əmlakının dondurulmasına qərar verilib. Virtualaz.org xəbər verir ki, həmin biznesmenin adı açıqlanmır.

Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin bəyanatında deyilir ki, həmin biznesmen barəsində İzahedilməz Sərvətlər Qanunu (UWO) çərçivəsində sorğu alıb. Həmin sorğuya əsasən biznesmen 12.5 milyon dollar dəyərində daşınmaz əmlak imperiyasının mənbəyini açıqlamalıdır. Çünki pulların cinayət yolu ilə əldə edildiyi haqda şübhələr var.

Aktivlərin dondurulması haqda soruğu o deməkdir ki, həmin biznesmenin Böyük Britaniya boyu əldə etdiyi daşınmaz əmlak obyektləri polisin araşdırmasının başa çatdırılmasına qədər satıla və başqasına verilə bilməz.

“Reuters” agentliyi qeyd edir ki, UWO əsasən korrupsiyaya bulaşmış xarici məmurlar və onların ailə üzvlərinin Britaniyada əldə etdikləri sərvətin mənbəyini açıqlamağa məcbur etmək üçün qəbul edilib. Məqsəd Böyük Britaniyaya çirkli pulların axınını dayandırmaqdır. Həmin qanun ötən il ilk dəfə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacəyevaya qarşı tətbiq olunub. Onun on milyonlarla funt dəyərində aktivlərinə həbs qoyulub. Hazırda Londonda Z.Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilir.

“Bu sorğular Böyük Britaniya daxilində dövr edən və ölkəyə xaricdən daxil olan  qanunsuz maliyyənin mənbəyini araşdırmaq üçün güclü alətdir”,-Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyin (NCA) bölmə rəhbəri Endi Lyuis bildirib.

635x100

Şərhlər

dadaşyev 2019-07-19 10:58:04

davamı;Çünki təbii ki,hakim ondan soruşub a qızım,ərin dövlət bankının milyardlarını on illərlə silib süpürəndə bəs nəzarət etməli olan orqanlar ona nəzarət etməyiblərmi,dövlət bankı da nəzarət olmadan işləyərmi?Nəzarət ediblərsə milyardlarla yeyintini vaxtında görməyiblərmi?Görüblərsə niyə göz yumublar?Biz ingilislər səni sorğu-suala çəkməsəydik ekstradisiya məmurlarınızın yadlarına düşməyəcəkdimi?Ekstradisiya tələbiylə nəzarətsizliyə haqq qazandırmaq istəyirlərmi?

dadaşyev 2019-07-19 10:58:04

Aaa!Atalar demiş,tazıya tut deyirlər,dovşana qaç.Müftəxor məmurların xalqın halalca sərvətini gəmirib xaricə qaçdıqdan sonra ekstradisiyasını tələb etməmək üçün əvvəla gəmirməyinə göz yumulmamalıydı,gəmirəndən sonra da qaçmağına.Azərbaycan sərhəddini qanunsuz yolla keçməyib ki.Aeroportdan dövlət gömrük və sərhəd nəzarətindən keçəndən sonra uçub Britaniyaya.Niyə imkan veriblər əri həbsdə olduğu halda qaçmağına?Yoxsa biz sorğulamalı olduğumuz halda ingilis sorğulayıb deyəmi ekstradisiya tələb etmişik?

Son yazılar