Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib. Həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".

635x100

Şərhlər

pensioner 2019-07-19 12:12:51

Müəllimlər üçün yaşayış binaları nə vaxt tikiləcək? Cəmiyyətə "əl jurnalistləri" lazım deyil.Belə insanların fəaliyyəti nəticəsində cəmiyyət deqradasiyaya uğrayır.Hakimiyyətin bununla nəyə nail olmaq istəyini normal qəbul etmək olmaz.

Son yazılar