Azərbaycana Gürüstandan yük maşınlarının idxalı 2,3 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 720 ədəd yük maşını idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən alınan yük maşınlarının ümumi dəyəri 4 mln. 862,5 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 408 ədəd və ya 2,3 dəfə çoxdur.

Ötən ilin birinci yarısında Azərbaycan Gürcüstandan 2 mln. 123,3 min dollar dəyərində 312 ədəd yük maşını idxal edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar