180 minə aldığı oyunçunu 18 milyona satır - "Fənər"dən supertransfer

İstanbul “Fənərbağça”sı 2017-ci ildə Makedoniyanın (indiki Şimali Makedoniya) “Rabotniçki” klubundan 180 min avroya aldığı Elif Elması düz yüz qat artıq qiymətə satmağa hazırlaşır.

Qol.az xəbər verir ki, Elmasın “Napoli” klubuna keçəcəyi haqda xəbərlər həm Türkiyə, həm də İtaliya mətbuatına yayımlanıb. Məlumatda bildirilib ki, İstanbul təmsilçisi 19 yaşlı yarımmüdafiəçiyə 18 milyon avro qiymət qoyub və italiyalılar bunu qəbul edib. Transferin yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.

“Fənərbağça” bu transferdən əldə edəcəyi gəlirlə heyətinə uç ulduz oyunçu – “Roma”dan Aleksandr Kolarov, “Şalke 04”dən Yevgeni Konoplyanka və “Marsel”dən Luiz Qustavonu transfer etmək fikrindədir.

Qeyd edək ki, Şimali Makedoniya millisinin üzvü olan Elif Elmas Hollandiyanın “Herenven” klubunun akemiyasının yetirməsi kimi 2015-ci ildə “Rabotniçki”yə keçib. “Fənərbağça” bu futbolçunu 2017-ci ildə, 17 yaşı olarkən transfer edib.

Elif Elmas bugünə qədər Türkiyə superliqasında 34 oyuna çıxıb, 4 qol vurub.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar