Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, DSX-nin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş verən koordinatlara istiqamət götürb, qayıq Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə aşkar olunub və heyət üzvləri xilas olunaraq sahilə çıxarılıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar