Allahşükür Paşazadə Putinə təriflər yağdırıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Suriyada 100 min müsəlmanı qətlə yetirən rejimi niyə dəstəkləyir?

Oktyabrın 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfər edib. QMİ sədri Başqırdıstanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Oktyabrın 22-də açılışı olan tədbirdə Şeyx çıxış edərək Rusiya prezidenti Putinə təşəkkür edib.

Trend-in məlumatına görə, Şeyxülislam bildirib ki, Rusiyanın prinsipial mövqeyi və atılan diplomatik addımlar, Prezident Vladimir Putunin şəxsi səyləri dünya üçün Suriya məsələsinin siyasi həllində qlobal miqyaslı faciənin baş verməməsinə imkan yaradan real addım oldu: “Biz müsəlmanlar Vladimir Vladimiroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkür edirik”- deyə QMİ sədri bildirib.

Allahşükür Paşazadə Rus Provaslav Kilsəsi və QMİ arasında dinlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib: “Mən və Patriarx Kirill bundan sonra da Azərbaycan və Rusiya arasında əməkdaşlığı dərinləşdirmək istəyindəyik. Bu əməkdaşlıq xalqların və dövlətlərin rifahına, həmçinin MDB ölkələrində dinlərarası və millətlərarası sülhün möhkəmləndirilməsinə xidmət edir”.

QMİ sədri, həmçinin Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın baş müftisi Talqat Tacuddini anadan olmasının 65 illiyi və yubileyi münasibətilə təbrik edib və vurğulayıb ki, onun bu vəzifəyə seçilməsindən sonra müftiliyin işində köklü dəyişikliklər baş verib.

Qeyd edək ki, bir qədər əvvəl QMİ sədri Suriya ətrafında böhran yaranan zaman bəyanat yayaraq Suriyada müharibəyə etiraz bildirmişdi. Həmin vaxt Şeyxin bu açıqlaması ciddi tənqidlərə səbəb olmuşdu. Bir çoxları bu addımı ilə Şeyxin Suriya rejimini dəstəklədiyini iddia edirdilər. Ufada verilən bəyanat göstərir ki, Şeyxülislam müharibə əleyhdarı kimi çıxış etməklə yanaşı, Qərbin regionda yürütdüyü siyasi xəttə qarşı olduğunu açıq şəkildə ortaya qoymağa çalışır.

Qeyd edək ki, Şeyxin Rusiyada olduğu və Putinə təriflər yağdırdığı məqamlarda onun ölkəsindən olan müsəlman azərbaycanlılar Moskvada təhqir və təhdid altında həyat mücadiləsi verirdilər.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar