ETİBAR MƏMMƏDOV “TEST” EDİLİR…

Jalə Mütəllimova

Keçmiş AMİP-çi Əli Əliyevin, keçmiş xanımının nə zamansa keçmiş sədrə, Etibar Məmmədova ünvanladığı məktubu ətrafında müzakirədən dolayı yazdığım yazı qarşılığı hələ də reaksiyalar alıram. "Uman yerdən küsərlər” işarəti ilə yazılan, Musavat.com-da dərc olunan "Siyasiləşən qadınlar” başlıqlı yazıma belə reaksiyalar gözləmirdim doğrusu. Təbii ki, qeyri-rəsmi. Təbii ki, nəyinə lazımdır? sualı ilə…

Qəribə millətik heç nə lazım olmamalıdır. Susmalıyıq, toxunulmazlar, keçilməzlər var. Niyə? Axı sonra həmin o dəymə, toxunma deyənlər hamıdan daha çox və möhkəm bağırır "dəhşətdir!”, "batırıq!” deyə.

Sözün düzü məsələnin bu qədər ciddi pərdəarxası məqamlarının olduğunu ağıl etməmişdim. Çoxu kimi düşündüm Əli müəllimdir, özünü test eləyir, görsün və göstərsin, nə bacarır. Amma nəzərə alanda ki, reaksiyalar hansı çevrələrdən gəldi, məsələ aydınlığa doğru oldu. Əslində nə baş verir? Əli Əliyev növbəti parlament seçkilərinə qatılmaq istəyir, bu sirr deyil. Buna görə ona nəhəng, həm də yaxından tanıdığı biri ilə şou yaratmaq vacibdir. Təxminən bu mənzərə yaranmalıdır ki, görün mən filankəsi neynəyəcəm. Bunun üçün onun baxış bucağına görə ən yaxşı variant Etibar Məmmədovdur. Adam təxminən yatmış şirdir. On ildən çoxdur açıq siyasi proseslərdə iştirakçı deyil. Əslində bu fikirin özü də o qədər inandırıcı deyil. Çünki siyasət tək girişi olan mənzil kimidir. Yəni çıxış qapısı yoxdur. Hər halda görünən bəlkə də aldadıcı mənzərə bu ki, Etibar Məmmədov adlı siyasi sima deaktivdir. Bu üzdən o bir çoxlarına, o cümlədən keçmiş partiyadaşına və səhv etmirəmsə qohumuna hədəf kimi göründü. Efir söhbətlərindən birində ilk həmlə gəldi, söhbətin nədən getdiyini dilə gətirməsə də Əli Əliyev sabiq partiya liderin heç zaman bağışlamayacağını dedi. Buna cavab olaraq ortaya nə zamansa Etibar Məmmədova Əli Əliyevin keçmiş xanımından ünvanlanan məktub çıxdı ortaya, şikayət məktubu. Düzü Əli Əliyevi susdurmaq üçün o qədər də uğurlu olmayan, hazırlıqsız və emosional cavab idi bu. O üzdən aqressiya doğurdu. Və haqlı olaraq sual ortaya çıxdı ki, əgər Etibar Məmmədov yenidən aktiv siyasi fəaliyyətə dönüş edirsə bunu Əli Əliyevin və onun keçmiş xanımının üzərindən etmək ona yaraşmadı axı. Ancaq məlum olur ki, məsələ alayıdır. Bu həm qorxmaq, həm də qorxutmaqdır. Daha dəqiqi, elektorat yoxlamaqdır.

Bəlli olduğu kimi sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdı. Bu azadlıq ölkə mediasında nə zamansa siyasi proseslərdə önəm daşıyan yerliçilik ənənəsinin geri döndüyü kimi dəyərləndirildi. Bu fonda ilk yada düşənlərdən biri də təbii ki, əslən qərbi azərbaycanlı, sabiq AMİP lideri Etibar Məmmədov oldu. Əli İnsanovun "çoxdan siyasətdən uzaq olan adamların yenidən siyasətə qaytaracağıq” mesajı da daha çox əslən Qərbi Azərbaycandan olan siyasilərə, ələlxüsus da Etibar Məmmədova işarət kimi dəyərləndirildi.

Bütün bunların fonunda təbii ki, Əli Əliyevin maraqlı bir missiyası olmamış deyildir. Etibar Məmmədovun qarşısına yalnız o çıxa bilər. Nə də olsa sabiq partiya yoldaşıdır. Və təbii ki, bir-birinin addımlarını proqnozlaşdırmaq kimi eynilikləri var. Ancaq bir məqam nəzərə alınmayıb. Əli Əliyev AMİP-də üçüncü kateqoriya siyasətçi kimi media qarşısına çıxarılanda, Etibar Məmmədov lider idi. Təbii ki, o, lider olaraq bütün məlumatların və atacağı addımların üçüncü kateqoriya olanla bölüşmürdü. Ona yalnız hansısa tapşırıqlar verilirdi icra eləməsi üçün.

Bir sözlə Əli Əliyevlə Etibar Məmmədovu yoxladılar, test elədilər. Görəsən nə qədər regionçudur? Əli İnsanovla münasibətləri hansı səviyyədədir? Illərdir prosseslərdən uzaq olmasına rəğmən elektoratı varmı? İnsanların yadındadırmı? Ona kimin hansı münasibəti var?

Əslində Əli Əliyevlə Etibar Məmmədovu yoxlamaq uğursuz variant idi. Çünki sabiq AMİP lideri siyasi arenada həm də ən qısadanışan və özünübiruzə verməyənlərədən idi. Yəni test alınmadı. Bəlkə də bu testin cavabı istənilən kimi aydın alınmadı. Yəqin ki, bu Əli Əliyevin siyasi gələcəyini də bəlli edəcək.

Qaldı ona ki, Əli Əliyevin millət vəkilli olsunmu, olmasınmı? Onun insanlığı barədə kobud və sərt nəsə deyə bilmərəm. Amma bir vətəndaş mövqeyim var, onu demək boynumun borcudur. Düşünürəm o, cəmiyyət üçün faydalı vəkillərdən, sözü keçən siyasi xadimlərdən deyil və olmayacaq.

Əvvəla ona görə ki, keçmiş də olsa xanımını, oğlunun anasının adını siyasi pilləkəndə tranplin etdi. Bunu həmin xanımın yazdığı və ya adından yazılan cavab da bəlli edir. O cavabda qorxu var idi. Bir ananın atası ilə ünsiyyətdə olan oğlunu itirmək qorxusu. Yəni qadın, ya oğlunu itirməmək üçün ağlına gələni yazıb, ya da necə gəldi yazılan yazının altına imza atıb…

Ayrıca, bilmirəm yaşıdım olan həmkarların yadındadır ya yox? İllər öncə Əli Əliyevin xanımı ilə mübahisəsi Azərbaycan mediasında gündəm idi. Onda hələ ailə üzvlərini siyasi məqsəd üçün alət eləyən kişilər demək olar ki, yox idi. Amma xatırlayıram o gündəmi Etibar Məmmədova və elə Əli Əliyevin özünə də sayğıdan dolayı əsasə media quruluşlarının heç biri tirajlamadı. Bir neçə az populyar sayt tirajladı. O tirajlayanlar arasında indi Əli Əliyevlə-Etibar Məmmədov daxil. İndi həmin müəlliflər arasında internet televiziya işlədənlər də var. Nə zamansa Etibar Məmmədovun televiziya açmasına dəstək vermədiyi adamlar da deyə bilərik. Çox bəsit iş oldu bu.

İndi qayıdaq ona ki, niyə çox hörmətli Əli Əliyev görmək istədiyim deputat obrazı deyildir.

Birincisi, siyasətə ailə üzvlərini biabırçı formada cəlb edir. Bu gün Azərbaycan cəmiyyətində ikrah doğuran və media mənsubu olaraq bəndənizin də qarşısında durub mübarizə aparacağı məsələlərdəndir bu.

İkincisi, Azərbaycan siyasi səhnəsində keçmişi, həyatı və fəaliyyəti təmiz olmayan yetərincə siyasi sima var. Onlar bu gün hədəf olan Azərbaycanın siyasi hakimiyyətini heç nədən qoruya bilmir. Heç nəylə mübarizəyə girişə bilmir. Çünki özü öz başına qaxıncdır. Yəni, dövləti və hakimiyyəti qurtarmaq, uzunömürlü etmək üçün yeni bir yol, xətt açılmalı. O xətlə keçmişi ləkəsiz, ailəsi qüsursuz, dovlətçi, millətçi, adamların etibarını qazana biləcək, söyüş siyasətinə sinə gərəcək, vicdanlı, əqidəli, sadiq həm də müstəliq adamlar siyasi səhnəyə gətirilməlidir. Onlar daha çox insanlarla işləməlidirlər. Bu işdə ümid yeni keçirilcək parlament seçkilərinədir. Bəs Əli Əliyev bu standarta uyurmu? Əsla. Yeni seçiləcək namizədlər sırasında ola bilərmi? Zənnimcə olmamalıdır! Olmasına yol verilməməlidir! Veriləcəksə, deyiləcək bir söz qalır geriyə: Vay bizim də, millətin də, dövlətin də halına…

 

635x100

Şərhlər

Rüstəmov 2019-07-19 17:14:53

Bu ne yaziydi))))Sifariş

Əli Orucov 2019-07-19 17:14:53

Ceyran adlı troll tərbiyəsizlik etməyin

Həlmə 2019-07-19 17:14:53

Avciyadan kimi qovublar...

Aminə 2019-07-19 17:14:53

Elnur müellim Azpolitika bu neyazidi?Ayib

Xaliq 2019-07-19 17:14:53

Xalqin sesini esiden Etibar Memmedov

Qacqin 2019-07-19 17:14:53

Etibara etimadimiz var

Xaçmaz balasi 2019-07-19 17:14:53

Etibar Memmedov bu sirketi ag güne cixart

Nübar 2019-07-19 17:14:53

Xalqin sene siyasetine ehtiyaci var Etibar Memmedov

Xalid 2019-07-19 17:14:53

Serle leke getirmek isteseler de leke gelmez düzgün adama Etibar Memmedov

Qiyas 2019-07-19 17:14:53

Sene inam hormetimiz sonsuzdur Etibar Memmedov

Habil 2019-07-19 17:14:53

Sen esl lidersen Etibar Memmedov

Səid 2019-07-19 17:14:53

Duz corek itirmek olmaz Etibar Memmedov bütün coreyini bizlerle xalqla bölüsdü amma qedrini bilmeyenler var hele de

Asim 2019-07-19 17:14:53

Etibar Memmedovun haqqini itirmek duzgun deyil

Əli Orucov 2019-07-19 17:14:53

Bəzilərindən fərqli olaraq Əli Orucov nə yazır, nə danışırsa öz adı ilə açıq aşıkar yazır. Kiminsə arxasında gizlənmir, kimlərsə yazdırtmır. AGöründüyü kimi xalq öz liderini sevir. Görünən dağa nə bələdçi.

Ceyran 2019-07-19 17:14:53

Orucov ne yaxşi o saat gördün ve yazdin?Demeli bitmisen burda))))

Etibar 2019-07-19 17:14:53

Ali Orucovun şerhleridi hamisi

Natiq 2019-07-19 17:14:53

Əli Əliyevin bugün apardigi siyasətin 5%Etibar aparmir.Nə uazidir ki,bu?Mənasiz söz yigini

Rashad 2019-07-19 17:14:53

Laçın rayonu ilə boş-boş yazanların nəzərinə çatdırım ki, E.Məmmədov müdafiə naziri deyildi. Buna baxmayaraq həmin döyüşçülərin geyimi də silahı da Etibar Məmmədov tərəfindən təmin edilirdi. Bunu həmin batalyonlarda döyüşən hər kəs bilir. Etibar Məmmədov döyüşən qüvvələrin bir mərkəzdən idarə olunmasının vacib olduğunu deyirdi. Elə bu məqsədlə də Laçinın müdafiəsi üçün apardığı könüllü batalyon elə oradaca Müdafiə Nazirliyinin rəsmilərinə təhvil verilmişdi. Odur ki, bildiyiniz şeylərdən danışın.

Akif 2019-07-19 17:14:53

Etıbar Məmmədov da Elşibəyin tayıdır Elçibəy bir №li postu qoyub qaçdı (bu faktdır) Etibar isə partiyadaşlarını düz yolda qoyub qaçdı. Bunlar siyasətçi yox işbazlardırlar. Salvador Elyende əlində avtomat öldü postu qoyub qaçmadı çünki onu xalq seçmişdi

Ziya 2019-07-19 17:14:53

Eli eliyev ele Etibar Memmedovun sayesinde ayaqa qalxdinda.

Deyanet 2019-07-19 17:14:53

Helede heqiqeti gizzetmeye calisanlar var. Etibar Memmedov barede ancaq xos sozler demek olar!

Adem Qardasoglu 2019-07-19 17:14:53

Pensiyasiz pensiyanerler sizin kimi serhedimizin ve asaişimizin kesiyinde duranlarla oyunuruk!

Yeganə 2019-07-19 17:14:53

Əli Əliyev Etibar Məmmədovun kölgəsində ad qazanıb, indi ustadına kəm baxır.

Sənan 2019-07-19 17:14:53

Etibar Məmmədovun çörəyinin duzu azıymış.

Məsumə 2019-07-19 17:14:53

Jalə xanım, Etibar Məmmədovun xidmətlərini işıqlandırın.

Namiq 2019-07-19 17:14:53

Meydanlarda canını qoyan,millət yolynda Leşertovada zülmə məruz qalana ləkə yaxmağa çalışanlar niyə ölüb utanmır?

Aysel 2019-07-19 17:14:53

Bu Əli Əliyevdən 2010-cu il parlament seçkilərində hakimiyyət İsa Qəmbəqə qarşı istifadə etmişdi. İndi də bu cür istifadə edirlər.

Leyla 2019-07-19 17:14:53

Etibar Məmmədovun Azadlıq hərəkatındakı mücadiləsini aşağılanmağa edilən cəhdlər boşdur.

Elnur 2019-07-19 17:14:53

-----------

Adem Qardasoglu 2019-07-19 17:14:53

Etibar Memmedov Azerbaycan xalqi ucun milletinin menafeyi ucun neler etmedi ki?

Xalid 2019-07-19 17:14:53

Eli eliyev hara Etibar Memmedov kimi bir dahi şexsiyyet hara?

Adem qardaşoglu 2019-07-19 17:14:53

Şair emi Sozunuze quvvet. Etibar Memmedov haqqinda onun nece gozel bir insan olmasi barede az bilmirik Can emi.

Jalə Mütəllimovaya 2019-07-19 17:14:53

bu şərhlərin hamısını trollar yazıb. mənim fikrimcə etibar məmmədov .... konkret Laçını verənlərdən biri və birincisi olub. lefortovadan onu "şərtlərlə" buraxmışdılar...

Aysel 2019-07-19 17:14:53

Doğurdan da Əli Əliyev deputat olacaqsa vay millətin və dövlətin halına.

vetendaş 2019-07-19 17:14:53

Mənim üçün Etibarda,Elisi de eynidir,heç birinə güvənmək olmaz.Etibara tərif yağdıranlar,onun Laçından müdafiə dəstələrini Bakıya gətirməsini nə tez yaddan çıxardınız,həmin gün Laçın əldən getdi və onun Surətlə əlbir olmasını da yaddan çıxarmayın.Lefortovaya girəndə saf idi,sonra ise dəyişdi,müxalifetin hakimiyyet davası Azerbaycan xalqının axırına çıxdı.Etibar elə-belə susmayıb,dilinden söz alıblar.Bir az qalmış vicdanına görə xalqdan xəcalət çəkir.Onun da üzü xalq qarşısında qaradır.

Adem Qardaşoğlna 2019-07-19 17:14:53

Bəlkə qara hərflərlə yazmaq istəmisiniz?Laçının əldən getməyi şəxsən Etibarın boynundadır.Ordakı müdafiə dəstələri onun rəhbərliyi altında idi və o dəstələri,Bakıya çəkib gətirdi(Mütəllibovu devirmək üçün),həmən gündə Laçın əldən getdi.Rəhim Qazıyevin tribunadan tankların üstündə oturan dəstələrə yalvarmağı yadımdan çıxmayıb:qadan alım qayidin Laçına,ədən gedəcək.Getdi də(((((

Mutellib 2019-07-19 17:14:53

Etibar Memmedov guclu liderdir!

Adem Qardasoglu 2019-07-19 17:14:53

Eli eliyev hara deputatliq hara?! Bele şexsen tanimasamda cixislarinnan izliyirem ve deirem ki yaxsi ki ele şexsen taniyib vaxdimi heder etmemisem.

Qəhreman 2019-07-19 17:14:53

Halal olsun Jale Mutellimova Aferin! Halal olsun!

Jalə xanıma 2019-07-19 17:14:53

Jalə xanım sizcə,MM-ə təyin olunanlar o Əlidən yaxşıdılar və hansı cəhətlərinə görə?Mənim üçün deputatlarda,əlilər də,etibarlarda bir bezin qırağıdır.Onlar bu xalq üçün çalışmayıblar və çalışmayacaqlarda!

Esed 2019-07-19 17:14:53

Etibar Memmedov ilk siyasi partiyanin qurucusu ve rehberi kimi hem Azerbaycanda hemde butun dunyada taninir.

Ferhad 2019-07-19 17:14:53

Etibar Memmedov haqqinda danissaq etdikleri barede danissaq gerek gunlerimizi hesr edek nece ki Etibar Məmmədov illerini omrunu hesr etdi bu xalqa.

Pensiyasiz pensiyaner 2019-07-19 17:14:53

Lacin rayonunun getmesinnen danisan qardasim biz o vaxtlar elimizde Avtomat orda doyusmusik. Eger o hadiselerde isdirak etmisense adivi yaz taniyaq yox eger onun bunun aqzinnan soz esidib yazirsansa Etibar Memmedov mudafie naziri deildi torpaq vere!

Nazlı 2019-07-19 17:14:53

.......Etibar Məmmədov da buna gərək heç baş qoşmuyaydı. O cür addı-sannı, hörmətti-izzəti insan Əli Əliyevi gərək heç saymasın, onun dediklərinə qulaq verməsin.Onda özünü yekə sayır Əli Əliyev. Balaca adamdı, niyə böyüdrülər bunu

Könül 2019-07-19 17:14:53

Etibari kim test ede biler ki? Xalqin sinagindan defelerle çıxıb

Murad 2019-07-19 17:14:53

Peşəkar juralst hər zaman peşəkarlığını saxlayır. Jalə xanımın qələmi həmişə iti və yanaşması isə obyektiv olub. Maraqlı yazıdı. Əli Əlivə isə özünü saldığı vəziyyətə görə lap yazığım gəldi. Böyük ayıbdıonun üçün İnsan siyasi ambisasına görə nələr edərmiş...

Adem Qardasoglu 2019-07-19 17:14:53

Etibar Memmedovun xalqimiz ucun etdikleri tarixe qizil herflerle yazilib.

Aysel 2019-07-19 17:14:53

Ruslan bəy, əgər Əli Əliyev Əli Kərimliyə alternativ olacaqsa onsuzda olmayan nüfuzunu tamamilə itirəcək.

Sefer 2019-07-19 17:14:53

Utanmasan oynamaga ne var ki?

Hesen 2019-07-19 17:14:53

axi bu gunun sabahi da var. ..

vidadi goyce 2019-07-19 17:14:53

gozleri kimi dushundurucu yazi

Ramiz 2019-07-19 17:14:53

--------------

Davud 2019-07-19 17:14:53

Əli Əliyev öz şexsi menafeyini güdendir.

Ferid 2019-07-19 17:14:53

Etibarin sayesinde .........

Şair 2019-07-19 17:14:53

Etibar Memmedovu tanimayan yalniz adini esiden soz demek xatirine fikir bildiren yaxud kimese muzdurluq eden Azerbaycan tarixine adini azadliq mucahidi kimi yazmis adamin haqqinda artiq eskik danismasin!

Ruslan 2019-07-19 17:14:53

Aysel xanım düz yazmısınız. Hakimiyyət Əli Əliyevdən istədiyi kimi istifadə edir. Onun radikal çıxışlarının isə səbəbi başqadır. Çıxışlarının hamısı, AXCP sədri Əli Kərimlinin sosial bazasına hesablanıb. 2010-da onu İsa Qəmbərə alternativ olmağı tapşırmışdılar. Bu parlament seçkilərində isə Əli Əliyə AXCP sədri Əli Kərimliyə alternativ olmaq tapşırığı veriləcək. Bu gün kimi aydındır.

Adem Qardasoglu 2019-07-19 17:14:53

O mene neyise izah etmeye calisan Orda idin? Orda idinse gorduklerivi inkar edirsen orda deildinse hec ne danisdiqivi bilmirsen demek.

Vugar 2019-07-19 17:14:53

Etibar Məmmədov Azərbaycan siyasətinə qızıl həriflərlə adını yazmış az saylı siyasi nəhənglərimizdən biridir. Əli isə .... .

Rauf 2019-07-19 17:14:53

--------------

Qasım 2019-07-19 17:14:53

Əli Əliyev Etibar kimi özünü sübut etmiş millət fədaisinə nə deyə bilər axı?

Fuad 2019-07-19 17:14:53

Etibar Memmedov hara eli eliyev hara. Etibar Memmedov xalqin lideridir. Eli kmdi?!

Yasin 2019-07-19 17:14:53

--------------

Terlan 2019-07-19 17:14:53

--------sonra xalqa yol göstərər.

Məhəmməd 2019-07-19 17:14:53

Xalqın gözü tərəzidir. .....

Son yazılar