ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

APA-nın Türkiyə bürosunun məlumatına görə, iyunun 22-də baş tutacaq səfər çərçivəsində Suriyada təhlükəsiz zonanın yaradılması, Mənbic yol xəritəsinin reallaşdırılması, İŞİD, PKK daxil olmaqla digər terror təşkilatlarına qarşı mübarizə, Suriya probleminin siyasi həlli, ölkənin bərpası və İdlib sazişi və digər problemlər müzakirə olunacaq.

Qeyd edək ki, Ceyms Cefri bu ilin mayında Ankarada rəsmi səfərdə olub, Suriya problemlərinin siyasi həllinə dair məsələlər müzakirə edilib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar