PREZİDENT İNZİBATİ-İQTİSAD MƏHKƏMƏLƏRİNİ LƏĞV ETDİ - Yeni məhkəmələr yaradıldı

Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.

APA-nın xəbərinə görə, bu Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncamında öz əksini tapıb.

Sərəncama əsasən, aşağıdakı inzibati məhkəmələr təşkil edilib:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

Sərəncamla aşağıdakı kommersiya məhkəmələri təşkil edilib:

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.

Şərhlər

vətəndaş 2019-07-19 20:34:47

ən ədalətsiz, ağa qara deyən hakimlər inzibati-iqtisadi məhkəmələrdə işləyirlər.bu məhkəmələrdə hakimlər qərarları ancaq sifariş, tapşırıq əsasında verirlər. ümumiyyətlə inzibati-iqtisadi məhkəmələr ləğv olunub inzibati-iqtisadi işlərə mülki məhkəmələrdə baxılması daha məqsədəuyğun olardı.

Arazxan 2019-07-19 20:34:47

Bütün bunlar yaxşıdır. Ancaq Bəşirov Çingizin yenidən Bakı inzibati məhkəməsinə sədr təyin olunması halı isə pisdir. Çünki, o olduqca şantajçı, süründürməçi, prinsipsiz,rüşvətxor və yalançıdır.

Son yazılar