“Moldova Rumıniya ilə birləşə bilər” – Hökumətin başçısı

Moldova hökumətinin başçısı Maya Sandu ölkəsinin Rumıniya ilə birləşməsini mümkün hesab edir.

«Unionist»lər buna can atırlar, Sandu da onların baxışlarını bölüşür. Baş nazir bildirib ki, bu barədə qərar Moldova əhalisi tərəfindən, referendum yolu ilə qəbul olunmalıdır.

«Sorğuya görə, Moldova əhalisinin əhəmiyyətli kəsimi - 28 faizə yaxını və hətta bundan da artığı Rumıniya ilə birləşməyi dəstəkləyir və hətta bunu tələb edir. Ancaq biz, anlayırıq ki, məsələ üzrə qərarı siyasi partiyalar yox, ölkə əhalisi referendum yolu ilə qəbul eməlidir» - Sandu bəyan edib.

Onun sözlərinə görə, bir sıra partiyalar bu istiqamətdə fəaliyyət göstərir və inandırmağa çalışırlar ki, Rumıniya ilə birləşmək Moldovada vəziyyəti kardinal şəkildə dəyişə bilər.

Bundan əvvəl isə Modova prezidenti İqor Dodon bildirmişdi ki, Rumıniya ilə birləşmək respublikanı vətəndaş müharibəsinə gətirə bilər, nədən ki, ölkənin bir sıra bölgələri, Qaqauz muxtariyyəti və Dnestryanı da daxil olmaqla, bunun əleyhinədir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar