Əfqanıstanda baş verən partlayışda ölənlərin sayı 8-ə çatıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində - Kabil Universitetinin yaxınlığında bu gün baş vermiş partlayış nəticəsində ölənlərin sayı 8-ə, yaralananların sayı isə 33-ə çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

“Taliban” sözçüsü Zəbihullah Mücahid baş verən partlayışdan xəbərsiz olduqlarını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar