İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
Baxiş sayı:
Dərc olunub:
19/07/2019 - 23:28
İran hərbçiləri Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.
“Report” xəbər verir ki, bu barədə cümə günü İranın İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən İRNA məlumat yayıb.
Bildirilir ki, tanker beynəlxalq qaydaları pozduğuna görə saxlanılıb və sahilə qədər müşayiət olunub. Hazırda gəmidə lazımi yoxlamalar aparılır.
Öz növbəsində "Reuters" mənbələrinə istinadən xəbər verir ki, Britaniya hökumətinin fövqəladə komitəsi COBRA neft tankerinin saxlanılmasına həsr olunmuş təcili iclas keçirəcək.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.