“Honda” Çindən 95 min avtomobilini geri çağırır

Dərc olunub: 20/07/2019 - 09:28

02ab8ec9-fae2-42b8-a64a-c15ea4f1dee9“GACHonda” avtomobil istehsalçısı (“Honda” və Çinin “GuangzhouAutomobileGroup” şirkətlərinin birgə müəssisəsi) təhlükəsizlik yastığında yaranmış problem səbəbindən Çin bazarından 94 min 680 avtomobilini geri çağırır.
“Report” “Sinhua”ya istinadən xəbər verir ki, işə düşən zaman təhlükəsizlik yastıqları partlaya bilər ki, bu da sürücü və sərnişinlər üçün təhlükə yarada bilər.
Maşınlar bazar ertəsi, iyulun 22-dən başlayaraq geri çağırılacaq. Bu, 11 noyabr 2002-ci il tarixindən 27 iyun 2015-ci il tarixləri aralığında Çin bazarında buraxılmış “Crosstour”, “Fit”, “City”, “Accord”, “OdysseyandEverusS1″ və “FitHybrid” modellərinə şamil olacaq.
Avtomobil istehsalçısı nöqsanlı hissələri pulsuz dəyişəcək.








loading...


Fikrinizi bildirin