Bakıda istirahət mərkəzində kütləvi dava - Xəsarət alan var

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

APA-ya bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar