İRAQDA HƏBSXANADA QALAN AZƏRBAYCANLI UŞAQLAR - “Nə olar,  bizə kömək edin..."

Bu ölkədə ən çox vətəndaşı həbs edilən Azərbaycandır

Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə rəsmi məlumat yoxdur. İki ay öncə “Reuters” agentliyinin müxbiri  İraqın paytaxtı Bağdadda yerləşən Rusafa qadın həbsxanasından geniş reportaj hazırlayarkən azərbaycanlı uşaqların ona necə yalvarmasından bəhs etmişdi.

“Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin” deyə azərbaycanlı bir qız müxbirə dil töküb. “Bizə paltar, dərman gətirmisən? Bizə dərman lazımdır”. Bunu isə digər mavi hicablı azərbaycanlı qız deyib. Həbsxana direktoru müxbirə bildirib ki,  bu sözləri deyən azərbaycanlı qızın anası ömürlük həbsə məhkum olunub. Çünki anası İŞİD-ə üzv olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı isə məlum deyil.

İraq həbsxanasında qalan azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

“Reuters” Azərbaycan üçün çox mühüm sensansiyalı məlumat da açıqlayıb. Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş əcnəbi ölkələrdən biridir! Bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazmışdı.

Qeyd edək ki, 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirmişdi ki, ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Elə həmin il millət vəkili Qənirə Paşayeva İraqda səfərdə olmuş və orada kimsəsizlər evində qalan 20 azərbaycanlı uşaqla görüşmüşdü. Həmin uşaqlar millət vəkilinə “Məni də apar özünlə evimizə”, “Mən də getmək istəyirəm Azərbaycana”, “Bizi nə zaman aparacaqsınız buradan” deyə yalvarmışdılar. Millət vəkili bildirmişdi ki, həmin uşaqların Azərbaycana gətirilməsi üçün lazım olan vəsait yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Bundan sonra bu məsələ uzun müddət gündəmdə qaldı və dövlət rəsmiləri məsələyə reaksiya verərək, müvafiq qurumların tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etdi. Hətta əvvəl 9 uşaq, daha sonra isə digər uşaqların ölkəyə gətirildiyi barədə açıqlama verildi.

İraq həbsxanasında qalan azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

Beləliklə, yayılan informasiyalardan belə məlum olur ki, hələ də İraqda çoxlu azərbaycanlı qadın və uşaqlar saxlanılmaqdadır. Qadınların İŞİD-ə qoşulduqları üzərində cinayət məsuliyyəti yaratdığından hələlik onların ölkəyə gətirilməsi mümkünsüz görünür. Lakin günahsız uşaqların ölkəyə gətirilməli olduğu bildirilir. Artıq bir neçə dövlət İraqdakı vətəndaşlarının, xüsusən də uşaqların öz ölkəsinə gətirilməsinə nail olub, bu yöndə ciddi işlər aparmaqdadır. Məsələn, bu yaxınlarda Tacikistan hökumətinin İraqdan 84 azyaşlını repatriasiya etdiyi barədə məlumat yayıldı. Eləcə də Çeçenistan prezidenti Ramzan Kadırov İŞİD-ə qoşulan vətəndaşlarına qarşı çox sərt mövqe nümayiş etdirsə də bir müddət bundan əvvəl onun  təşəbbüsü ilə Suriya və İraqın qaynar nöqtələrində qalan 100-ə yaxın insan Qroznıya gətirildi. Onların arasında qadınlar, uşaqlar da var.

Bəs İraqda gözü yolda qalan, qarşılarına çıxan hər kəsdən onların ölkəsinə geri qaytarılmasını yalvaran azərbaycanlı uşaqların taleyi necə oldu?  Rəsmi qurumlar bu barədə hansı işlər aparır?

İraq həbsxanasında qalan azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Leyla Abdullayeva bildirdi ki, Azərbaycanın İraqdakı Səfirliyi mütəmadi əsaslarda İraqın XİN və digər aidiyyəti qurumları ilə təmasdadır: “Məlum olduğu kimi, ötən il İraqdan valideynlərini itirmiş 20 azyaşlı uşaq ölkəmizə qaytarılıb. Bu istiqamətdə işlər müvafiq qaydada davam etdirilir”.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi sorğumuza cavab olaraq bildirdi ki, həmin uşaqlar bütün avadanlıqlarla təmin olunub, onların psixoloji durumları və digər problemlərinin həlli yolunda Səhiyyə Nazirliyi, DTX, XİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi komitə ilə birgə bu işi aparır.

Xatırladaq ki, bundan əvvəl mövzu ilə bağlı əməkdaşımız Azərbaycanın hazırda İraqdakı səfiri Ramiz Qafarovla əlaqə saxlamağa çalışmışdı. Lakin səfir əməkdaşımızın sualını dinləyib, ona cavab vermək istəmədiyini bildirmişdi.

635x100

Şərhlər

dadaşyev 2019-07-20 09:53:24

Ömer selefiye;A kişi,biz qadından,uşaqdan danışırıq,nə fitva nə cihad?Nə danışırsan sən?Millətin ana-bacıları,körpə uşaqları sənin kimilərə görə Karakas-Barabas kimi qurşağınıza qədər uzatdığınız iyrənc saqqalın bir qılına da dəyməz.Amma o anaların,o südəmər körpələrin nə günahı var?Dili güclə söz tutan körpəyə nə fitva,nə cihad?Cahil ərəb beyninizi necə yuyubsa uşaq nədir,ana nədir bilməz olmusunuz.Banandodaq,yekəqarın ərəbin həbsxanasında millətinin ana-bacılarıyla nə heyvani rəftar edirlərsə bilmirsənmi?

Ceyhun 2019-07-20 09:53:24

Salam aleykum manim musalman qardasim Omar, hani sanin musalmanlara olan rahmin marhamatin burada sohbat korpa balalarimizdan, hec bir seyi bilmadan oz arlarinin fitnasina dusan bacilarmizdan gedir. Allah sani islah etsin va bagislasin.

abdullah 2019-07-20 09:53:24

Ey omer selefi leqebli şexs! Allahu Teala senin gozlerivi acsin.Şubhesiz selef senden ,sen de selefden uzaq kimsesen.Öz. anan bacin orada olardilar gorum dovlet başcisina dua ederdin ya yox.Sen sözün bitdiyi yerdesen.Bu yazdigin şerhin aci neticesini Allah subhanahu ve Teala sene daddirsin amin

Omer selefi 2019-07-20 09:53:24

Salam Aleykum. Orda cihad deyildi Hec bir Alim fetva vermemisdi ki orda cihaddi. Odu Yandirdilar sonra sondure bilmediler ziyan ceken qadinlar qocalar ve usaqlar oldu. Men Bu Dovletin Yerine olsam onlari olkeye buraxmaram qoy cezalarin ceksinler Gorsunler ki hakime Qarsi cixmaq ne demeksi. Allah Dovlet Bascimizi Qorusun Omrunu Uzatsin. Amin

abdullah 2019-07-20 09:53:24

Allahu Teala yardimcilari olsun.Dovletin onlara pulu catmasa da yaxin qohumlari yigiwib 400 dollar ve daha artigini duzelde bilerler.Her ne qeder oz sehvlerinden orda olsalar da gerek onlara yardim edilsin,xetasiz insan yoxdur.Sabah bizim yaxinlarimiz da ele bir veziyyete duwe bilerler,ele ozumuz de.Allah butun mezlumlarin,haqsiz yere hebs edilenlerin ve benzeri durumda olanlarin hamisinin qapisini acsin Amin

Elli 2019-07-20 09:53:24

Azərbaycanlı uşaqlar mütləq vətənə qaytarılmalıdırlar. Uşaqların yalvarışlarına biganə qalanların qanları yoxlanmalıdır!

TARİX 2019-07-20 09:53:24

BU BİZİM DƏ FACİƏMİZDİR.TƏCİLİ OLARAQ BÜTÜN VƏTƏNDAŞLARIMIZ NƏYİN BAHASINA OLURSA OLSUN ÖLKƏMİZƏ QYTARILMALIDIR.

t.ədalət 2019-07-20 09:53:24

Öz ölkəsinin dilində danışmağa həvəsi olmayan rus dilli XİN başçısı Elmar Məmmədyarovun Azərbaycan uşaqlarına diqqət ayıracağı heç ağıla gəlmir.erməni uşaqları olsaydı,bəlkə də maraqlanardı.Vətənə sevginin əsasını onun dilinə məhəbbət təşkil edir.O da Elmar müəllimdə yoxdur və olmayacaq.Uşaqlara yardım üçün,ancaq Mehriban xanım Əliyevaya müraciət olunmalıdır.Yetimə-yesirə qayğı göstərmək Uca olan Allahın kölgəsinə sığınmaq qədər şərəflidir..

dadaşyev 2019-07-20 09:53:24

Millətin o çarəsiz balalarını son nəfərinədək gətirmək lazımdır.O bədbəxt anaları da ərəb cahillərinin həbsxanalarından qurtarmaq lazımdır.Necə olur,Çeçenistan orada döyüşən 100 insanını gətirir,pulu-parası olmayan donqili taciklər 84 körpəsini gətirir,amma biz cəmisi 20 uşaq gətiririk.Sayın Ərdoğanın İraq hökümətinə təsiri böyükdür,istədiyi vaxt ölkənin terrorçu dolu şimalına girib top-tüfənglə parthapart salıb çıxa bilir.Bir kəlməylə və canla-başla məsələni həll edər məncə.Verməsə tankla-topla gedər alar.

Bashirov Qarib 2019-07-20 09:53:24

Səfir sualları dinləyib və cavab verməyib. Çunki,bundan onun xəbəri yoxdur.Onun biznesilə baglı o qədər işi varki... Uşaqlarla məşgul olmaqda heç bir fayda yoxdur. Bir də axı bizdə o qədər pul haradandır onların hərəsinə 400 dollar verək, hələ ustəlik avtobusa benzin tökək, onları gətirək.Əsas inkişafdır. Yalnız İRƏLİ,

Son yazılar