Saakaşvilinin partiyası Rada seçkilərində iştirak etməyəcək – Zelenskiyə dəstək

Dərc olunub: 20/07/2019 - 10:13

Михаил Саакашвили встретился с избирателями в ЧеркассахGürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili özünün “Yeni qüvvələr hərəkatı” partiyasının 21 iyulda Rada seçkilərində iştirak etməyəcəyini bildirib.

APA xəbər verir ki, o bu barədə şəxsi “Facebook” səhifəsində yazıb.

Saakaşvili, həmçinin tərəfdarlarını seçkilərdə Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın qulu” partiyasına səs verməyə çağırıb. Onun sözlərinə görə, dövlət başçısının partiyasının müstəqil hökumət qurmaq imkanı üçün lazımi səs faizini toplaya bilməməsini özünə bağışlamaz.

“Zelenskiyə şans vermək lazımdır ki, köhnə siyasətçilərə uduzmadan hökumətini qura bilsin”, – Saakaşvili belə deyib.

Eks-qubernator, onu da qeyd edib ki, onun qərarı çoxlu müzakirələrə səbəb olsa da, bu addımı doğru hesab edir.








loading...


Fikrinizi bildirin