«Kubanlı fermer kartofunu patentləşdirib» - Növbədə çiyələkdir...

«Rospatent» yeni «Kuban faraş kartofu» adlı kartof növünü qeydə alıb. Krasnodar diyarı Administrasiyasının xəbər verdiyi kimi, məhsulun mənşəyinin müdafiəsi məqsədilə görülən işlər qubernator Veniamin Kondratyevin təşəbbüsü ilə həyata keçirilir.

«Beləliklə, biz, öz istehakçılarımızı və istehsalçılarımızı saxtadan qoruyuruq, ənənəvi məhsulların istehsalını dəstəkləyirik və kənd təsərrüfatını inkişaf etdiririk...» - deyə, diyar istehlak sferası departamentinin rəhbəri Roman Kurinnoy bəyan edib.

Bölgənin istehlak sferası departamenti bir neçə ay ərzində istehsalçını izləyib - məsləhətləşmədən tutmuş, sənədlərin toplanması və onların «Rospatent»ə göndərilməsinə qədər...

«Rospatent «Kuban faraş kartofu» coğrafi adını qeydə alıb. Qeydiyyatın sıra nömrəsi tezliklə "Rospatent"in açıq reyestrində yer alacaq. Coğrafi adın sahibi kartofun iselsaçısı olub - Kalinin rayonundakı fərdi əmək əaliyyti ilə məşğul olan şəxs» - xəbərdə deyilir.

Bundan əvvəl 2019-cu ilin aprelində «Kuban almaları» brendi qeydə alınıb, indi isə Rusiya Kənd təsərrüfatı nazirliyində (KTN) Krasnodar çiyələyi istehsalçısının paket sənədləri yoxlanır.

Düşündürücüdür, Azərbaycan hökuməti nə üçün bu təcrübədən bəhrələnməsin?

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar