MTN generalının bacanağı apellyasiya şikayəti verib

Azərbaycanda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, M. Talıbov apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 22-nə təyin edilib.

Şikayət hakim Elmar Rəhimovun icraatına verilib.

Qeyd edək ki, M. Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M. Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Talıbov 4 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar