“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ...” – “O, Əliyevin Bakıya gəlməsini istəməyən bir nömrəli insan idi”

“Əbülfəz Elçibəyin lider, prezident kimi çatışmayan cəhətlərindən kifayət qədər danışmaq olar. Ancaq onun KQB-nin agenti olduğunu iddia etmək absurddur”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev keçmiş hüquq müdafiəçisi Leyla Yunusun eks-prezident Əbülfəz Elçibəyi “KQB-nin agenti” adlandırmasına münasibət bildirərkən deyib. O, sosial şəbəkədə bu barədə fikirlərini açıqlayıb.

Xatırladaq ki, Leyla Yunus bugünlərdə internet televiziyalarından birinə müsahibəsində belə gözlənilməz açıqlama ilə çıxış edib. O, iddia edib ki, Elçibəy gənc vaxtlarında xaricdə tərcüməçi işləyərkən əməkdaşlığa cəlb olunub. Elçibəyə bu yersiz hücum əksəriyyət tərəfindən hiddətlə qarşılanıb.

R.Quliyev isə hesab edir ki, Əbülfəz bəyin xaricdə tərcüməçi işləyəndə KQB tərəfindən ələ alınması ideyasının heç bir əsası yoxdur. Sitat: “Xaricdə işləməyə göndərilən istənilən sovet vətəndaşı getdiyi ölkədə baş verənlər barəsində KQB və ya XİN-nə məlumat verməli idi, bu işi görmək onun bir vətəndaş kimi borcu idi. Onun üçün agent olmaq lazım deyildi. Agent o adamları edirdilər ki, o işlədiyi təşkilatda sovet vətəndaşlarından donos yazsın. Elçibəy Misirdə hərbçiləri tərcümə edirdi, hərbçilərin özlərinin KQB kimi kəşfiyyat idarəsi var idi və onlar KQB-ni distansiyada saxlayırdılar. Ona görə Elçibəyin KQB-nin agenti olmasını iddia etmək olmaz”.

R.Quliyev qeyd edir ki, Elçibəy heç zaman klançılığa can atmayıb, onu yaxından tanıyanlar bunu yaxşı bilir. Elçibəyin sovet vaxtı həbsdən tez buraxılmasının isə motivi başqa olub. “Elçibəyi tanıyanlar onun hər hansı bir klanın üzvü olmaq istəyinin sıfırdan da aşağı olduğunu bilirlər. Elçibəy Qamsaxurdiya və başqa disidentlər (ölkədən qovulan) kimi bu rejimə təhlükə yarada bilmək səviyyəli deyildi, ona görədə onu zindanda uzun müddət saxlamağın heç bir mənası yox idi.

Elçibəy xalqını, vətənini sevən adam idı - buna heç bir şəxsin şübhəsi olmamalıdır!”

R.Quliyev deyir ki, yaxın ətrafının Elçibəyi satmağı ona pis təsir etmişdi: “Elçibəyin nə idarəçilik təcrübəsi var idi nə də idarə etmək həvəsi. Ətrafına yığdığı ondan da təcrübəsiz adamların hərəsinin ağzından bir avaz gələndə çaşıb qalırdı və heç bir qərar qəbul edə bilmirdi. Ən böyük fəlakət bu insanların sıfır bacarıqla ağlasığmaz ambisiyalarının olması idi. Bu komanda ilə onun hakimiyyətdə bir il qala bilməsi möcüzə idi. Onun vəzifəyə qoyduğu naşıların sonradan ambisiyalarının qurbanı olub Elçibəyi satmaqları ona çox ağır təsir etmişdi və bizim Vaşinqtondakı axırıncı görüşümüzdə bu barədə çox təəsüflə danışırdı.

Elçibəyin səhvləri olub, ancaq onun özünün hansı isə marağı naminə xalqının əleyhinə iş görməsini iddia etmək düzgün deyildir. Əliyevin adamı olması barədə deyilənlər əfsanədir. Əliyevin Bakıya gəlməsini istəməyən bir nömrəli insan Elçibəy idi. Təəssüf ki, ətrafındakı cırtdan siyasətçilər onu bu işi görmək məcburiyyətində qoymuşdular”.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Yalçına 2019-07-20 12:30:31

Elçibəyin KQB agenti olması o vaxtkı qaydalarla sübut olunur.Əgər o KQB tərəfindən yoxlanılıb hazırlnmasa idi onu xaricə məsul işə göndərməzdilər.BUnu bir dəfəlik bilin.Sonra isə Dövlət başçısı bir gecədə o məsul postu tərk edib gedə bilməzdi.Burada razılaşma olub. Əgər qaçıbsa,onu Azərbaycanın bəlli ərazisindən tutub gətirmək H.Əliyev üçün çətin deyildi. Bütün bunlar sübut edir ki,Elçibəy H.Əliyevin "podctavnoy litso"su olub.Bu faktı geniş açmaqda fayda vardır.

yalçın 2019-07-20 12:30:31

məxfi arxivlərə girişi olmayan kəs kiminsə agent olduğunu iddia edirsə, demək ya ora girişi yada xxolarla əlaqəsi var...mərhum bəyin hətta belə bir əlaqəsi olmuşdusa belə, o bunu bir çoxları kimi gözə soxmadı, bununla zombi-manqurd kimi fəxr etmədi, həyatını bunun üzərində qurmadı, xalqına bacardığı qədər fayda verdi...birdəki paytaxtı tərk edib bölgəyə getmək, özü də məcburən, əsla qaçış deyil, tatiki gedişdir...qaçıb fərar edən mütəllibov, vəzirov kimi olur..ağalarının qucağına sığındılar..

dadaşyev 2019-07-20 12:30:31

P.S.;Rəsul Quliyevin 25 ildir eyni şəklini verirlər KİV-lərdə.A balam,bu şəkil onun Bakı Neft-yağ zavodunu söküb-talayıb Amerikaya qaçdığı vaxtların şəklidi,bu 25 ildə təzə şəkil çəkdirməyib ki?Mobil telefonundan çəksin göndərsin də.Yoxdu mobil telefonu?O zavodun idarə binasıyla üzbəüz,prospekti keçən kimi təkcə 5 nömrəli sexindəki Nobeldən qalma 5-6 dağ boyda rezervuarlarından gecə-gündüz levı maşın yağı satırdı millət o illərdə.Bir rezervuarın bir gecəki yağına Ferrari almaq olar.Alsın da mobil.

moltanı 2019-07-20 12:30:31

Sovet hökuməti Suriya kimi kapitalist və müsəlman ölkəsinə 2 illik işləməyə göndərdiyi Elçibəyi verbovat eləməyib ?? sadəlöhvlər başa düşər...

dadaşyev 2019-07-20 12:30:31

davamı;Amma bir gün sonra eşidəndə ki,o qanlı dövlətin paytaxtı Moskvadaca Heydər Əliyev jurnalistləri yığıb bütün dünyaya car çəkib ki,Qorbaçov qatildir,cinayətkardır,bax yalnız onda anladıq ki,yooox,heç də kimsəsiz deyilik qardaş.O günlər Moskvada bunu demək təsəvvür edirsinizmi necə cəsarət tələb edirdi?Sovet KQB-si adamın başına hər an hər bir "qəza" gətirə bilərdi.Amma adam şir ürəyi yemişdi sanki.Bax,xalqının müsibətində əsl dövlət adamı sinəsini beləcə qabağa verər,dabanını yağlayıb Kələkiyə qaçmaz.

dadaşyev 2019-07-20 12:30:31

20 yanvar qırğınında MK-nın qabağında olanlardan biri də mən idim.Mən axmaq da elə bilirdim sovet ordusu silahsız xalqa atəş açmaz,açarsa Türkiyə,İran-filan arxamızdadı.Qırğın xəbərini eşidib bir qrup adam İran konsulluğuna qaçdı,xeyli bağırışandan sonra konsulluqdan birisi çıxıb camaatı sakitləşdirdi ki,İran höküməti məsələdən xəbərdadrdı,nota verəcək SSRİ-yə.Yenidən gəldik MK qabağına və səhəri böyük həyəcanla açdıq.Türkiyə indiki kimi güclü deyildi deyə səsi zəif çıxdı.Arxasız olduğumuzu o gecə bildik.

yalçın 2019-07-20 12:30:31

hansı təcrübədən danışılır ey bu şərhlərdə..heç bir xalqa vassallıq, metropoliya nökərçiliyi təcrübəsi əsla gərək deyil, bu, şər təcrübəsidir..Qandi çox düz deyir ki, müstəmləkəçilərin yetişdirdiyi elita öz xalqının ən qatı qənimi, düşməni olur...

Ali 2019-07-20 12:30:31

Çox vacib sual. Əgər Elçibəy KGB agemti deyildisə, onda Komitənin arxivində agentlər haqqında məlumatların açılmasına niyə razı olmadı? Bunun burcə izahı var.Əbülfəzin KGB-yə işlədiyini təsdiq edən məlumat üzə çıxmasın.

Arif 2019-07-20 12:30:31

Bədbəxtliyimiz ondadırki, hələdə bir il hakimiyyətdə olan Elçibəyi və onun ətrafını baltalayırıq, şübhəsizki hərəkət dövründə ziddiyətli insanlar olub, onları bu gün hansı istiqamətə istəsən yoza bilərik, necəki Ə.Vəzirov A.Müttəlibov komandasını yozurduq.Bəlkə tarixin arxivini eşələməkdənsə daha çevik, ciddi siyasətlə məşğul olaq, yoxsa başımızı qatmaq üçün kənardan arxiv eşəliyənlər bu dövlətin, millətin axırına çıxar, birdə saxta millətçillərlə dinçilər.

dadaşyev 2019-07-20 12:30:31

davamı;Odur ki,millət 88 meydan hərəkatını da,89 AXC hərəkatını da gizli əllərin əməlləri hesab edir.Heç birisi şəxsən mənimçün büt-filan deyil,bəd ayaqda xalqı fəlakətlə üz-üzə qoyub qaçan adam,eləcə də onun tərəfdaşları birmənalı olaraq şübhəli adamlardır.Qaçdıqlları məkanda millətə pərdə arxasından baxıb xısın-xısın gülüblərsə Allah özü bilsin onlarla.Millət o dövrdə onlara səhabələr peyğəmbərə inanan kimi inanırdı.Millətdə inam hissini məhv etdi o yaramazlar.(fanatiklərə-"yaramaz" yaramayan deməkdir)

dadaşyev 2019-07-20 12:30:31

A balam,dadaşyevin daşı çox ağır olsa da deməlidir ki,90-cı illərin əvvəli Azərbaycanda elə əcaib hərc-mərclik illəri idi ki,hakimiyyətə gələn kimliyindən asılı olmayaraq nələrisə verə-verə gəlməliydi hakimiyyətə.Verə-verə gəlməyən qulağının dibini görərdi kreslo görsəydi.Döyüş bəlgələrində torpaq yox ee,meyit satıb varlananlar vardı.

pensiyaner 2019-07-20 12:30:31

ELCİBEYE BEHTAN ATANLAR EN AZİNDAN ALLAHDAN QORXUN

Rəsul m.-dən xahiş Soltan 2019-07-20 12:30:31

Rəsul m. salam. Xatırlayırsınızmı Əbülfəz bəyin Sizə iradını:"Rəsul məni sən yıxdın!" və Sizin də ona ironiya ilə cavabınızı:"Sən Qarabağ məsələsini sərhədləri bağlamaq yolu ilə həll edmək istəyirdin...!";Rəsul m.düz deyirsiniz:“Elçibəyin nə idarəçilik təcrübəsi var idi nə də idarə etmək həvəsi. Ətrafına yığdığı ondan da təcrübəsiz adamların hərəsinin ağzından bir avaz gələndə çaşıb qalırdı...". Rəsul m. çox xahiş edirəm Bəyin Silahdaşlarının, tərəfdaşlarının 4 il 4 ay Bəy qayıt gəl Bakıya xahişinə, minnətinə, yalvarışına gah bu yaxınlarda qayıdacam, gah lap bir aya, iki həftəyə qayıdacam deyə-deyə onları aldatmasına və Kələkidə oturub tərəfdarlarını mitinglərə səsləyərək hakimiyyətə qarşı qatı əks mövqedə durmağı məsləhət görməsinə və mitinqlərdə minlərlə tərəfdaşlarını döydürüb, həbs etdirməsinə...və nəhayət ki, Bəyin səhv etmirəmsə, 28 ya 29 oktyabr 1997-ci il tarixində Bakıya təmtaraqlı surətdə, cangüdənləri ilə birlikdə qayıtmasına bir aydınlıq gətirəsiniz. Sual olunur niyə məhz 1997-ci ilin sonunda? Gələndən bir ya ikicə gün sonra Əli Kərimlini gecə vaxtı, heç kəs görməsin deyə ağacların arası ilə Etibar Məmmədovun Binəqədidəki iqamətgahına, öz şakərinə uygun gizli “danışıqlara” göndərdi. Sual olunur niyə gizlin, gecə vaxtı? Nə oldu Bəy Kələkidə 4 il 4 ayda Aristoteldənmi, Arximeddənmi nə bilim kimdən...kimdən dövlət idarəçiliyi üzrə dərs aldı ki, yenidən prezident olmaq istədi? Rəsul m. çox xahiş edirəm Bəyin bu əməlinə Siz öz fikrinizi bildirəsiniz!

Geber 2019-07-20 12:30:31

Məqalə ilə qismən razilaşmaq olar , aqent anlayişi ilə yox , beləki aqent** terminini haminin dilində ğəzir lakin rusca bu terminin traktovkasini hal hazira qədər eşitməmişəm . Aqent arxaik bir məhfum olmaqla dünyanin aparici məxfi orqanlarinda 1985 -ci ildən sonra aqent anlayişi klassik mənasini itirmişdir. Yəni ciddi işlərdə qarşi tərəfin düşərğəsindən heç kəsə xüsusi tapşiriq verilmir ki , ğet bunu et və sonda ələ keçsin , əməliyyat plani açilsin . Son 5 ildə isə , qərbin iştiraki olmadan kənardan ğöz cadulari ilə . səssiz coşdurma prinsipi , onlar üçün əsas iş üslubuna çevrilmişdir . Misal qərbin xeyrinə hərəkət edən hər bir kəsi 40 il zindana salib işğəncə versən , şəxsin qərblə hər hansi bir əlaqəsi aşkarlanmayacaq , absurd ondadir ki , sanki həmin adam , hər ğün kimdənsə təlimat alib. Müsübəti Fəxrəddin odur ki , qərb ğözəğörünməz sehr cadularla on minlərlə insani öz planina uyğun istənilən ğün və saat , dünyanin istənilən nöqtəsində küçəyə cixarda bilər /Ğürcüstan / , onlar qərbin məqsədinə uyqun şüarlar səsləndirəcək və yerli məxfi orqanlari iflic vəziyyətə salacaqdir . Mətbuatda isə ağ köynəkli ağilliinsanlar 5-ci kalon haqda köhnəlmiştisbağa şorbasi iyi verən əbəs əmsalli məqaləllər yazacaqlar. Rəsul bəy Sizin timsalinizda bir misal mariflənmək üçün : 1976 -ci ildə SSSR-nin iqtisadiyati yeni qərbina texnoloğiyalara ehtiyaci var idi. Uzun danişiqlardan sonra Qərb Brejnev ilə razilaşdi amma bir şərtlə :_İri müəssələr ğuya çevik valyuta əməliyyatlari aparmaq üçün onlara müsəqil valyuta hesabi açmalarina Naqirlər Kabineti icazə verməli idi. Elə həmin vaxtdan da Baki neft yağ zavodunun valyuta hesabi açilmiş idi . Axi nə olsun ? burda nə var ki ? Burda hər şey var pişik də torba da Elçibək hələ yoxdur lakin ad mühüm deyil sifət sonra əmələğəlməli idi . Mənim kolleqalarimin plani belə idi . SSSR_nin dağilmasi üçün 33 şərtdən birisi bu idi ki , rusca v ças X Rəsul yoldaş bəy və xan arzusuna döşsun yəni SSSR-yə təhlükə yaranan kimi onu qirmizi direktorlar rəsullar və İvan Andreylər valyuta hesabi olanlar pişik ətinin valyutanin dadini bildiklərindən SSSR-ni müdafiyyə etmədilər. Plan nə qədər dahiyanə olsa da sədə idi . Bu plan , zərğər dəqiqliyi ilə neçə neçə diğər və paralell irihəcmli diğər planlarla uzlaşdirildiqindan bir beynə siğan məsələ deyil. Deməli Rəsul bəy !! Siz sonda Amerikada olacağiniz və niyə amerika tərəfindən müdafiyyə olacağiniz haqda, direktor olarkən railaşin ki heç bir anlayişiniz olmayib , necəki Elçibəyin sona qədər neçə prezident olmasi haqda özünün özünə izahi və inami da olmayib və ola da bilməz. Birdən sual verərsiz özünüzə bəs nə üçün məhz 1076-ci ildə Brejnev eyni zamanda valyuta hesablarina və Helsinki insan hüquqlari təşkilatinin Moskvada komitəsinə icazə verdi ? Çünkü həmin vaxtlarda adi məxvi saxlanilan qərbdə Kissendjerin dili ilə NerD* adli bir şəxs qocaliqdan rəhmətə ğetmiş idi .Həmin şəxs SSSR-nin iqtisadiyyəti və sit=yasətini kəllə beyin tapmacalari ilə idarə edirdi. Ehtimal var ki adam öləndən sonra onu əvəz edən tapilmayib. ehtimal var ki , məndə , bəs həmin adam ğüllələnməyən Beriya olub mən ehtimalla deyirəm , çünkü rusdan strateji plan tərtib edən çixa bilməz. .

Arif 2019-07-20 12:30:31

Özünə hörmət edən leyla yunisə cavab verməz, çox təssüflərki hələdə bu erməni xislətini cavablandıranlar var.

Azərbaycan vətəndaşı 2019-07-20 12:30:31

Ə.Əliyevi çox da dahiləşdirməyin.Əgər Ə.Əliyev və onun AXC-si olmasaydı biz torpaq itkisinə məruz qalmazdıq.

R.Quliyevə 2019-07-20 12:30:31

Ə.Əliyev DTK süzgəcindən keçib tərcüməçi işləyib.Ona görə də onun DTK tərəfindən əməkdaşlığa cəlb olunması mümkündür.O ki,qaldı Əliyevin Bakıya gəlməsinə,sən başda olmaqla Ə.Əliyev onu dəvət etmişdiniz.

yaşa 2019-07-20 12:30:31

Sən bu bacarıq və fərasətdə olmasaydın cox gümzn ki ABŞ da olmazdın. Necə yəni Elcibəy KQB-nik olmayıb amma xaricdə kəşfiyatda olub? Yaxud səfirliyin hərbi ATEŞESİNDƏ olub? Kimə gəlirsən? Bu da Əlinin başını duzlamağın dəyilki kışını firladıb qoydun içəri ki gəlirəm bir quruq vurub ucdun getdin qaranquş kimi.

EJDER 2019-07-20 12:30:31

ALLAH ELCIBEYI REHMET ELESIN.KQVEWNIK PUTINDI,BIZIM ANALOQU OLMAYAN...

t.ədalət 2019-07-20 12:30:31

Əbülfəz Əliyev Azərbaycanda hansı işi görüb,anlamaq olmur.Bildiyimiz kimi,sovetlər dağılanda bütün respublikalar öz müstəqilliyinə qovuşdular.Əbülfəzdən qat-qat artıq müstəqilliyimizi sevən adamlar var idi.Amma müəyyən qurup hakimiyyətə Əbülfəzi gətirdi.Əbülfəzin fərqi Misirdə Xuruşşovla görüşdən imtinası idi.Sadəcə olaraq,indiki kimi Vətənə düşmən olan anası və arvadı erməni olanlar,rusdillilər vəzifələrə təyin oluna bilmədilər.Başqa heç nə yaxşı deyildi.Hərbi tərcüməçilər də QRU-nun agentləri idilər..

yalçın 2019-07-20 12:30:31

leyla yunusun özünün agent olması şübhəsiz idi..sübutlardan biri - onun və ərinin ən ağır həbsdən azad edilib fransaya yerləşdirilməsidir..bunu ancaq qüdrətli hamiləri - xxolar edə bilərdi..

Son yazılar