Braziliya İran gəmilərinə yanacaq verməkdən imtina edib

Dərc olunub: 20/07/2019 - 13:00

45e4783a-3f60-4d31-90a6-84a4d18a1708İranın “Sapid” dövlət şirkətinə məxsus 4 yük gəmisi Braziliyada yan alıb.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, İrana aid gəmilərin Braziliayada yan almasına səbəb kimi yanacağın bitməsi göstərilib.

Məlumata görə, yerli “Petrobras” İran gəmisinə yanacaq verməkdən imtina edib.

Braziliya şirkəti saxlanılan “Delruba”, “Ganj”, “Bavand” və “Termeh” adlı gəmilərin ABŞ-ın sanksiyasına düşdüyünü bildirib. “Petrobras” bəyan edib ki, İran gəmilərinə yanacaq verəcəyi halda özləri ciddi ziyana düşəcəklər.

Məlumata əsasən, gəmilər Braziliyaya qarğıdalı gətirmək üçün göndərilibmiş. “Daryabar” adlı 5-ci gəmi isə qarğıdalı yükü ilə yanacaq doldurmağa nail olub.








loading...


Fikrinizi bildirin