Polis idarəsi rəisinin şikayəti təmin edilməyib

Yasamal rayon Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühiti Mühafizəsi Departamentini məhkəməyə verib.

APA-nın məlumatına görə, polis idarəsi departament barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə iş başlayıb.

İdarə departamentin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs haqqında göndərdiyi sorğuya 5 gün müddətində cavab vermədiyinə görə cərimə tətbiq edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib.

Yasamal rayon Məhkəməsində başlanmış inzibati iş üzrə icraata xitam verilib. Qərardan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov şikayət verib. Bakı Apelyasiya Məhkəməsində də Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar