“Qarabağ” yenidən “Partizani” ilə qarşılaşa bilər

Azərbaycanı UEFA Çempionlar Liqasında (ÇL) təmsil edən “Qarabağ” yenidən Albaniyanın “Partizani” komandası ilə qarşılaşa bilər.

“Report” xəbər verir ki, Tirana təmsilçisi Ağdam klubunun Avropa Liqasının III təsnifat mərhələsində 11 potensial rəqibindən biridir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇL-in II raundunda İrlandiya “Dandolk”unu mübarizədə kənarlaşdıra bilməsə, Avropa Liqasının püşkatmasında səpələnmişlər səbətində yer alacaq.

Beləliklə, “Qarabağ”ın “Partizani” (Albaniya) / “Şerif” (Moldova), “Slovan” (Slovakiya) / “Feronikeli” (Kosovo), “Santo Koloma” (Andorra) / “Astana” (Qazaxıstan) və “Şkendiya” (Makedoniya) / “Düdelanj” (Lüksemburq") cütlərinin qalibi, eləcə də “Sarayevo” ilə düşməsi mümkündür.

ÇL və Avropa Liqasının III təsnifat mərhələsinin püşkatması iyulun 22-də keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” ÇL-də “Dandolk” səddini keçəcəyi təqdirdə, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin “Ayaks”la üzləşmə bilər.

“Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq. Ağdam təmsilçisi II təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar