ABŞ hərbçisi Küveytdə həlak olub

ABŞ hərbçisi Küveytdə həlak olub.

"Report" xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilir ki, Qərbi Virciniyadan - Rokportdan olan 30 yaşlı hərbçi Uilyam Edvard Friz qeyri-döyüş şəraitində həlak olub.

Onun Byurinq düşərgəsində həlak olduğu bildirilir. Hadisə ilə bağlı təhqiqat aparılır.

Hərbi qulluqçu İraq və Suriyada İŞİD-ə qarşı "Sarsılmaz qətiyyət" əməliyyatında iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar