"Fənərbağça"nın qapıçısı Belçika klubuna keçib

 

Türkiyənin "Fənərbağça" klubunun qapıçısı Berke Özer karyerasını Belçikada davam etdirəcək.

APA-nın məlumatına görə, 19 yaşlı futbolçu "Vesterlo" ilə müqavilə imzalayıb.

O, 2019/2020 mövsümün icarə əsasında bu komandada keçirəcək. Qapıçının məvacibi açıqlanmayıb.

Qeyd edək ki, B. Özer Türkiyənin aşağı yaş üzrə yığmalarında forma geyinib. O, "Fənərbağça"ya ötən mövsüm "Altınordu"dan transfer edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar