Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cırdaxan kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində "VAZ-2107"-in sürücüsü, 1978-ci il təvəllüdlü Hüseyn Əhmədov və sərnişin, 1969-cu il təvəllüdlü Salman İmranov xəsarət alıblar. S.İmranov xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar