UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR - Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi bir qalmaqala qarışıb. Bu barədə məlumat "AzPolitika.info"ya özəl mənbədən daxil olub.

Mənbənin məlumatına görə, Ukraynanın Təhlükəsizlik Xidməti Ukraynadakı bir çox şirkətin Donetskdəki separatçılarla əlaqələrini aşkarlayıb. Onların arasında Elton Məmmədova məxsus şirkətin də olduğu iddia edilir. Bu əlaqələrin hansı formada olduğu hələlik açıqlanmır. Ancaq şirkətlə bağlı ciddi araşdırmaların başladığı, buna görə Elton Məmmədovun da "başının ağrıya" biləcəyi vurğulanır.

Qeyd edək ki, Məmmədovlar ailəsinin Ukraynada böyük biznesinin olduğuna dair məlumatlar yayılıb. Onlara məxsus şirkətlərin Ukraynada, əsasən, tikinti və turizm sektorunda fəaliyyət göstərdiyi bildirilir. Məsələn, bir neçə il əvvəl Ziya Məmmədovun Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri on milyonlarla dollarla ölçülən otellər aldığına dair məlumatlar yayılmışdı.

Xatırladaq ki, son parlament seçkilərində namizədliyi belə verilməyən Elton Məmmədov hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışır. Tez-tez  mətbuata çıxaraq,  nüfuzlu ağsaqqallar kimi millətə məsləhətlər verməyi də yaddan çıxarmır.

Qeyd olunan iddialarla bağlı Elton Məmmədovun da fikirlərini də dərc etməyə hazırıq.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-07-21 10:59:20

Elton müəllimin prorektor vəzifəsinə təyin olmasını da,ola bilsin ki,Rusiya təşkil edib..

vuqar 2019-07-21 10:59:20

KIWI DEYIRKI BIZ EFENDI NESLI OLMUWUQ!OLUN BIR SOZ DEMIRIK AMMA GELIN BAXAQ GOREK BU ..EFENDI..NESLININ NUMAYENDELERI AZERBAYCANI TALAYARAQ BU QEDER VAR DOVLETE NECE SAHIBLENIBLER! UTANMASAN DANIWMAQA NE VAR KI!

Vətəndaş 2019-07-21 10:59:20

Elton Məmmədov qardaşı Ziya müəllimlə birləşib dövlətə, xalqa məxsus milyardlarla pulu və sərvəti müxtəlif yollarla açıqca talayıb mənimsədilər və dünyanın bir çox yerlərində özlərinə obyektlər yaratdıla. Onların gizli obyektlərdən axıb gələn həftəlik gəlirləri milyonlarladır. Heç kim də onlara bir söz deyə bilmədi. Kim dilləndisə dəryadan bir damla üstünə tullayıb susdurdular və nəticədə x a l q ac qaldı. Kim ki xalqı ac qoyub milyardları xaricə çıxarıb gizlədib kef edir, qoy onların haramları olsun.

Alı 2019-07-21 10:59:20

Əvvala bu Elton agsaqqal yox elə öz rayonunda ...."Əfəndi nəsilik" deyir Elton.Bunlar özlərini Şirvanın Qubernatoru elan edəndə (Anar "Buraların Prezidenti bizik" deyirdi) necə bir rəzil nəsil (bunlara "Qaraçı" deyirdilər)olduqlarını hamı gördü.İndi hesab edirlər ki, REVANŞ əldə ediblər.Prezident olmaq istəyirdilər.Yumalanıb quyunun dibinə düşdülər, yenə ....əl çəkmirlər.

Bashirov Qarib 2019-07-21 10:59:20

Qardaşı yazmışdı ki nəslimiz əfəndi nəslidir.Bu nə millətdir belə qaçaq- quldurları naqisləri əfəndi nəsildir.

Son yazılar