«Rusiya-Çin əməkdaşlığı «dünya düzəni»nə qarşıdır» - Amerikalı admiral

Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi qüvvələrinin Hind-Sakit okean komandanlığının başçısı, admiral Filip Devidson ABŞ-ın Aspen şəhərində keçirilən təhlükəsizlik üzrə illik forumda bəyan edib ki, Rusiyanın Uzaq Şərqdə hərbi iştirakı «ABŞ-ın mövcudluğunun özünə təhlükədir».

Onun sözlərinə görə, Vaşinqtonda Rusiyanın Uzaq Şərqdə aktiv hərbi inkişafından və burada Rusiya ilə Çinin hərbi əməkdaşlığının güclənməsindən narahatdırlar.

«Qeyd etmək yerinə düşərdi ki, ötən ildən bu günə qədər biz, Rusiya ilə Çinin operativ əməkdaşlığının güclənməsini müşahidə edirik» - deyə, federal xəbər agentliyi Devidsondan sitat gətirir.

Amerikalı admiral həm də Rusiyanın «Vostok-2018» təlimlərində Pekinin iştirakını və Çin tərəfin Rusiyanın strateji raketdaşıyan Tu-95MS təyyarələrinin Yapon, Şərqi-Çin və Cənubi-Çin dənizləri üzərindən uçuşlar həyata keçirməsinə etirazdan çəkinməsini qeyd edib.

Mənbənin xəbərinə görə, Devidson əlavə edib ki, ABŞ Rusiya və Çinin Vaşinqtonun qayda-qanununa qarşı durmasını istəmir. ABŞ-ın bu tələbi azad və açıq Sakit okean bölgəsini və tam olaraq dünya düzənini nəzərdə tutur.

Xəbər verildiyi kimi, 2019-cu il iyulun ortalarına ABŞ limanlarından dənizə 4 zərbə aviaqrupu yola salınıb. İki aviaqrup ABŞ-ın şərq sahillərindəki hərbi-dəniz bazasından Atlantik okeanına çıxıb. İkisi - ABŞ-ın qərb sahillərindəki hərbi-dəniz bazasından səmt götürüb. Eyni vaxtda, Sakit və Atlantik okeanlarına uyğun olaraq, hər birinin göyərtəsində bir dəniz piyadası olaqla, desant qrupu yola salınıb.

Beləliklə, iddia etmək olar ki, hazırda ABŞ donanması zərbə qüvvələrinin yarısı dənizlərdə qulluq keçməkdədir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar