TRAMPIN GİZLİ ELÇİSİ İRANLI NAZİRLƏ GÖRÜŞDƏ – Diplomatik gizlən-qaçın yeni səhnəsi oynanılır

Dərc olunub: 21/07/2019 - 08:30

RTS1MG9J-870-e1563606469554

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 18-də Nyu-Yorkda senator Rand Polla (respublikaçı-Kentukki ştatı) görüşüb və İran-ABŞ əlaqələrinin perspektivlərini müzakirə edib. Bunu İranla təmas üzrə qeyri-hökumət mütəxəssisi anonimlik şərti ilə açıqlayıb.

BMT-dəki İran missiyası bu barədə izahat verməyib. Zərifin özü isə Nyu-Yorkda jurnalistlərə açıqlamasında bu həftə Nyu-Yorkda bəzi konqres üzvləri ilə görüşdüyünü, amma administrasiya və ya onun elçiləri ilə təmasda olmadığını deyib. O bildirib ki, şəxslərin kimliyini açıqlamayacaq, bunu onların öz ixtiyarına buraxır.

“ABŞ senatoru və Zərif arasında nəzərdə tutulan görüşdən xəbərdar idik”, – deyə bir administrasiya rəsmisi bildirib. Amma güman ki, senator Pol rəsmi elçi olmayıb.

Rəsmi şəxs deyib: “İran rejimi adından qərar qəbul etməsində onun məhdud rolunu nəzərə alaraq, Zəiflə söhbətin məhsuldar olub-olmayacağı aydın deyil. Prezident bir neçə dəfə İranla danışmağa hazır olduğunu bildirib. Ancaq rejim diplomatiya vasitəsilə ilə diplomatik görüşə hazır olduğuna işarə etməyib”.

“Fox News”-a danışan senator Pol isə diplomatiyanı dəstəklədiyini və fikrincə, İranın heç bir nüvə silahı yaratmayacağına dair razılaşmaya əməl edəcəyini söyləyib.

“İranın nüvə silahını inkişaf etdirməyəcəyinə vəd verən bir razılaşma imzalayacaq. Bu, böyük bir sıçrayış olacaq”.

Pol əlavə edib: “Məncə, prezident Tramp bu müqaviləni, həqiqətən, əldə edə biləcək az sayda şəxsdən biridir. O, güclü şəxs olduğu üçün buna nail olacaq və hazırda İrana maksimum təzyiq göstərsə də, danışıqlara hazırdır”.

Rand Polun sözlərinə görə, sanksiyaların aradan qaldırılması üçün ABŞ-ın görmək istədiyi davranış dəyişiklikləri ilə İranla müzakirələrə başlamaq daha faydalı olardı.

“Fikrimcə, diplomatiya – yaxşı yoldur və əgər sanksiyalar işə yarayarsa, onları aradan götürmək barədə də düşünülməlidir. Odur ki, müzakirələr ərəfəsində İrana maksimum təzyiq və maksimum sanksiyaların ləğvinə də hazır olmalıyıq”.

Zərif Nyu-Yorkda jurnalistlərə danışarkən, İranın Əlavə Protokolu ratifikasiya etməsi, MAGATE-nin davamlı yoxlaması və İranın nüvə proqramının daim mülki məqsədlər üçün istifadəsinin təmini təkliflərini irəli sürüb. Bunun qarşılığında sanksiyalar ləğv olunmalıdır.

“Əgər Tramp daha çox şey istəyərsə, Əlavə Protokolu ratifikasiya edə bilərik və o, təyin etdiyi sanksiyaları ləğv edə bilər, – deyə Zərif jurnalistlərə bildirib. – O, Konqresdə hansısa tədbirlər görəcəyini söyləyib. Sanksiyaları ləğv edin və 2023-cü ildən tez Əlavə Protokolu ratifikasiya edək”.

İran üzrə keçmiş vasitəçi Vendi Şerman bildirib ki, Zərifin təklifini danışıq səylərinin başlanğıcı kimi nəzərdən keçirir və o, Zərif-Pol görüşünə böyük ümid bağlayır.

Şerman Koloradadakı “Aspen” Strateji Forumunda deyib. “Administrasiyaya əsas sualım budur: strategiya nədir? Maksimum təzyiq. Amma nə üçün?”

Beynəlxalq Böhran Qrupunda İran proqramının direktoru Əli Vaiz İranın yeni təklifi barədə bildirib ki, “onlar hər hansı çıxış tapmaq istəyirlər”.

“Politico” nəşri Polun Trampdan izn aldığını və onun razılığı ilə iranlılarla müzakirələrə başladığını yazıb. Senatorun ofisi bu barədə susur.

Əli Vaiz deyib: “Rand Polun bir böyük üstünlüyü və bir böyük çatışmazlığı var. Üstünlük – prezidentlə birbaşa əlaqəli olmasıdır, o, milli təhlükəsizlik məsləhətçisi Con Bolton və dövlət katibi Mayk Pompeondan yan keçə bilər. Nöqsan budur ki, iranlıları tanımır və nüanslar mədəniyyətinə bələd deyil”.

Ekspert əlavə edib: “Səbətdə konkret nə təklif olduğunu bilmədən çox da uzağa getmək olmaz. Biz gözləməliyik ki, görək orada konkret bir şey varmı?”

Tramp Hörmüz boğazında dronun vurulmasından sonra ABŞ və İran arasındakı gərginlikdən narahat olmadığını söyləyib. İran isə heç bir dronu itirmədiyini iddia edir.

“Dünyanın ən dahi insanları, dünyanın ən modern cihazları bizdədir. Ən böyük gəmi, ən ölümcülü bizə məxsusdur, onlardan istifadə etmək istəmirik, – Tramp bildirib. – Biz ümid edirik ki, onlar ağılsız bir şey etməzlər. Əgər onlar bunu etsələr, bu, onlara çox baha başa gələcək”.

Lora Rozen

“Əl-Monitor”, 19.07.2019

Tərcümə: Strateq.az-ındır








loading...


Fikrinizi bildirin