Rusiyada daşqın zonasında 8 nəfər itkin düşüb

Rusiyanın İrkutsk vilayətindəki daşqın zonasında 8 nəfər itkin düşmüş hesab edilir.

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, bubarədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin nümayəndəsi bildirib.

"Hüquq-mühafizə orqanlarına daha bir ərizə İrkutsk vilayətinin daşqın zonasında itkin düşmüş sakininin qohumlarından daxil olub. Beləliklə, 8 nəfər insan itkin düşmüş hesab edilir", - nümayəndə deyib.

Qeyd edək ki, İrkutskda daşqınla əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayı 647 nəfərə çatıb. Daşqın nəticəsində ölənlərin sayı isə 23 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar