"Volvo" bütün dünyada satılmış 500 min avtomobilini geri çağırır

"Volvo Cars" şirkəti bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır.

Bu barədə "Report" "Zürcher Neue Zeitung"a istinadla xəbər verir.

Nəşrin məlumatına görə, müvafiq qərar avtomobillərin mühərrik bölməsində alışma təhlükəsinə görə qəbul edilib.

Bildirilir ki, mühərrik bölməsində nasazlığın qeydə alındığı modellər 2014-cü ildən 2019-cu ilə qədər istehsal edilmiş avtomobillərdir. Dörd silindrli dizel mühərrikləri V40, V60, V70, S80, XC60 və XC90 modellərinə quraşdırılıb.

Daha əvvəl bildirilirdi ki, "Volvo" dizel mühərriklərdən imtina edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar