Erməni əsgərin postda meyiti tapılıb

Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.

APA-nın "armeniasputnik.am" saytına istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.

Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar