UEFA "Fənərbağça"nı 2 milyon avro cərimə edib

İstanbulun "Fənərbağça" futbol klubu gəlirlərin xərcləri üstələməsi qaydalarına riayət etmədiyinə görə, UEFA tərəfindən 2 milyon avro məbləğində cərimə olunub.

“Report” xəbər verir ki, cəriməyə Klubların maliyyə vəziyyətlərinə nəzarət üzrə Məhkəmə Palatasının (CFCB) İstanbul klubunun 2018-ci ilin hesabat dövründə ziyansızlıq göstəricisi hədəfini yerinə yetirmədiyini müəyyən etməsi səbəb olub.

Bundan əlavə qurum müsbət maliyyə balansı olmayacağı təqdirdə "Fənərbağça"nın 2020/21 və 2021/22-ci illər mövsümündə UEFA klub turnirlərində yeni oyunçuların qeydiyyatı məhdudlaşdırılacaq.

Eyni zamanda kluba yuxarıda göstərilən mövsümlərdə turnirlərdə 23-dən çox futbolçu qeydiyyata almaq məhdudiyyəti şamil ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar