Türkiyədə 1 milyon dollarlıq "Amerika röyası" ələ keçdi - FOTO,VİDEO

Türkiyənin Uşak şəhərində Jandarmanın əməliyyatı nəticəsində 1 milyon dollarlıq "Amerika röyası" olan simvolik kağız pul ələ keçirilib. Musavat.com xəbər verir ki, keçirilən əməliyyatda 3 nəfər saxlanılıb.

Saxlanılan 3 şəxsin bu simvolik kağız pulu haradan əldə etdikləri araşdırılır. Uşak şəhərinin Banaz qəsəbəsində küçədə əlində 1 milyon dollarlıq simvolik pulu tutan şəxsi görən Jandarma qüvvələri onu saxlayıb. Əməliyyat nəticəsində daha iki nəfər də həbs edilib.

Hadisə ilə bağlı geniş araşdırma başladılıb.

1 milyon dollarlıq "Amerika röyası" nədir ? 

Ələ keçirilən 1 milyon dollarlıq "Amerika röyası" adlandırılan kağız pul dolların nüfuzu üçün 1988-ci ildə simvolik olaraq çap edilib. Beynəlxalq Milyonerlər Birliyi tərəfindən çap olunan 1 milyon dollarlıq əskinas ticarətdə əldə olunan müvəffəqiyyət üçün hazırlanıb.Bu kağız əskinas heç bir yerdə pul şəklində istifadə olunmasa da kolleksionerlər arasında böyük bir məbləğlərdə satılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar