Ölüm xəbəri yayılan Türkmənistan Prezidenti tibb işçilərini təbrik edib - YENİLƏNİB

Bu gün kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulı Berdimuhammedov Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, o, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib.

Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

"Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub", - deyə prezident məktubunda bildirib.

***

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

“Report” "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.

O bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar