"MAŞINI SAXLATDIRDI Kİ, NAZİR YOLDAN KEÇƏCƏK..." - Yol polisi deputatı özündən çıxardı

"Hələ adi insanların qayğıları daha çoxdur. Əməkhaqqı, pensiya çatışmazlığı, tibbi xidmətin bahalığı, insanların başqaları tərəfindən təhqir olunması - bu cür hallar o qədər geniş yayılıb"

“Əslində yuxusuzluq problemi çox ciddi bir məsələdir. Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə insanlar üzərində bununla bağlı təcrübələr aparırlar. Burada internetin təsiri varmı, yoxsa gündəlik yediyimiz qidalarla bağlıdırmı? Hələ tam dəqiq nəticə əldə olunmayıb”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, bəzən gecə yuxusu gəlməyəndə internetə girir.

“Bununla da istəyirəm ki, yuxum gəlsin , baxıram yuxum daha da qaçıb. Burdan aydın olur ki, internetin də yuxusuzluğa təsiri var. Birmənalı şəkildə həkimlər, psixoloqlar bildirirlər ki, internet çox istifadə olunanda insanın yaddaşına ziyan vurur, nəticədə də yuxusuzluğa gətirib çıxarır. Bu yaxınlarda internetdə aclıq keçirən körpələrin həyatına baxırdım, hələ də gözümün qabağından getmir. İnernet bizi çox yükləyir, az qala dünyanın bütün problemlərini düşünəsən və düşünməli olduqca da insanın yuxusu qaçır”.

T.Kərimli düşünür ki, yuxusuzluğun digər bir səbəbi də mühitdir, əsəbi şəraitdir.

“Bu yaxınlarda rayondan qayıdırdım, polis maşınları biz saxlatdırdı, bir nazir yoldan keçməli idi. Mənə qayıdıb deyir ki, kənara çıx. Mənə bu hadisə o qədər pis təsir etdi ki!. Mənim toxunulmazlıq hüququm olduğum halda, sən məni saxlatdırırsan, hesabat tələb edirsən. İnanırsınız qeyr-ixtiyari öz-özümə əsəbləşdim. Mən millət vəkili olsam da, bu cür hallarla qarşılaşanda gərginlik keçirirəm.

Hələ adi insanların qayğıları daha çoxdur. Əməkhaqqı, pensiya çatışmazlığı, tibbi xidmətin bahalığı, insanların başqaları tərəfindən təhqir olunması - bu cür hallar o qədər geniş yayılıb”.

Deputat qeyd edib ki, sosializm rejimində hər şeyə ,yaxşıya da, pisə də qadağa qoyulmuşdu.

“Bir hakim ideologiya var idi.Dövlət hər şeyi öz üzərinə götürürdü. O dövrdə qayğılar da az idi. Ancaq kapitalizm hər şeyə icazə verir.Çox təəssüf ki, pislik edənlərin sayı günü- gündən artır”.

T.Kərimli “Mülk Allaha məxsusdur” ifadəsini xatırladaraq əlavə edib:

“Varlı adamların yadına Allah düşmür, yalnız kasıbın yadına düşür.Pul insanları bir-birindən də soyudur. Pulu var, hər şeyi satın almaq istəyir. Ona görə də insanlar arasında inamsızlıq var. İndi pulun hakimiyyəti əmələ gəlib. Karl Marks deyirdi ki, kapitalizm əxlaqsız cəmiyyətdir,çünki müstəsna dərəcədə əxlaqsız olan kapitala söykənir. Cəmiyyətin pula sitayişindən doğan yuxusuzluğun bir səbəbi də pul problemidir”.

635x100

Şərhlər

Dövlətini sevən 2019-07-22 09:44:47

Rabitə naziri Ramin Quluzadə və birinci müavini Əli Abdullayev Rabitəni pis günə qoyublar,onlar haqqında vaxtında tədbir görülməsə xoşagəlməz hadisələr baş verəcəkdir...?

Etibar 2019-07-22 09:44:47

AzPolitika redaksiyası, sonuncu rəyimə görə sizdən üzr istəyirəm!Bilin ki,mən Vətən və xalq üçün fədakərcasına və şərəflə işləmiş bitərəf insanam.Vətənimizin və xalqımızın indiki durumu məni çox narahat edir.Ölkəmizdə əsl monarxiya üsul-idarəsi qurulmuşdur və tariz sübut edir ki,belə quruluşun ölkəyə vurduğu ziyanı çoz uzun illər ərzində bərpa etmək olar.Mən cəmiyyətdə alnı açıq və üzü ağ gəzirəm və istəyirəm ki,hər bir şəxs öz şərəf və ləyaqətini qorusun, heç kimə baş əyməyin.Yaltaqlıq namusuzluqdur!

Etibar 2019-07-22 09:44:47

Hörmətli oxucular, AzPolitika saytını daha oxumayın və şərh yazmayın. Bu redaksiya da qorxaq və bəlkə hakimiyyətə yaltaqlanalardan biridi. Mən dəfələrlə hakimiyyətin qanusuzluqları ilə bağlı tənqisi rəylər yazıram, amma dərc etmirlər. Ar olsun bu və onun kimi hakimiyyətdən qorxan digər redaksiya heyyətlərinə!Xudahafiz

xalqın nümayəndəsi 2019-07-22 09:44:47

Tahir müəllim,siz deputat ola-ola bu cəmiyyətdə böyük çətinliklər kəçirsiniz,onda bu aşağı təbəqəni fikirləşin...?

milli 2019-07-22 09:44:47

Ay Deputat niyə bir nazir deyirsən? Ad çəkmirsən reklam olar?

dadaşyev 2019-07-22 09:44:47

Necə yəni,deputata deyiblər kənara çəkil,nazir keçəcək,sən də öz-özünə əsəbləşmisən?Öz-özünə yəni.Bəs sənə o toxunulmazlıq hüququ niyə verilib?Sənin axı səlahiyyətin çatır ki,dərhal o polisin idarəsinə gedib tələb edəsən ki,bu saat çağırın o filan polisi,ona buradaca başa salım bilsin nazir deputatdan üstündür,yoxsa deputat nazirdən?Ola bilər 90-cı illərin əvvəlində Məclisdə əsəbiləşib isterik hallar keçirdiyin kimi əcaib hallara düşmüsən, polis də inanmayıb ki,deputatsan.

Ali 2019-07-22 09:44:47

Hörmətli deputat! Siz hüquqşünassınız, yüksək vəzifəniz olub, ancaq savadsız adam kimi danışırsınız. Yol polisinin "nazir keçəcək" deyə yolu bağlamağa hüququ yoxdur. Qayıdardınız Məclisə, deputat kimi MM rəhbərliyinə məlumat verərdiniz, DİN-ə sorğu göndərərdiniz ki, bu nə biabırçılıqdır, qanusuzluqdur? Sizə də rəsmi cavab verərdilər. Məsələni rəsmilədirərdiniz. Yoxsa ortalıqda deyinizsiniz-"əsəbləşdim" , "qəzəbləndim" və nə bilim nə. Siz öz işinizi bilməyəndən sonra yazıq sadə vətəndaş nə etsin?

AAgahuseyn 2019-07-22 09:44:47

Hə yaxşı ki,hər ğün bzim rastlaşdıqımız hallarla sizn kim eks nazrlər də rastlaşır. Baxın cənablar sizində bizə qoşulmaq ğünüünüz olacaq,onda əsəbləşməyin cüünkü əkdiyinizi bicirsiz. Bu axmaq ayrı-seckiliyi siz şəriştəsizlər kürsüdə oturanda binövrəsin qoydunuz.CƏK ÇƏZANDIR AY QAFAR.

EJDER 2019-07-22 09:44:47

AYE,KAPITAL DA IWIN OLMASIN ...BRAVO DA ILIWME ,INKIWAFDAN DANIW.IDMAN TEDBIRLERI,WARA,FORUM ,TURUST ,EREB BIZLIKDI...QARABAQIDA LAZIM GELEN KIMI ALAJAYIQ.COCUQ MERCANLI KIMI,LUKAWENKO CANI

Rabitəçi 2019-07-22 09:44:47

Bəs nə bilmişdin, NRYT-lar naziri və birinci müavini elə-belə adamlardan deyil, hələ bilsələrki, sizin rabitədə hansısa tanışınız, qohumunuz işləyir, dərhal islahatlar adıyla ixtisar edərlər, bir sözlə yaxş canını qutarmısan.

Kənar adam 2019-07-22 09:44:47

Çünki sizlər deputatsınız, millət vəkili deyilsiniz (parlamentin ali sovet olmadığını kim sübut edə bilər).

Etibar 2019-07-22 09:44:47

Tahir Kərimli bəzi digər əsl müxalifətçılər kimi, əqidəsinə dönük çıxanlardandır. Nə üçün Tahir Kərimli Milli Məclisdə sadə vətəndaşların qayğılarından və səafətlət içində boğulmasından danışmır? Ölkəmizin sosial durumu acınacaqlı vəziyyətdədir. Hakimiyyət isə güc strukturlarına arxayın olub ölkədə sakitlik yaratmağa çalışır.Amma bu baş tutmayacaq.

Son yazılar