Məhkəmə "TACH” şirkətinin cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb

Bakı Apelyasiya Məhkəməsi "TACH” MMC-nin 1284.92 ABŞ dolları cərimələnməsi barədə qərardan verdiyi şikayətə baxıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiya qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə şirkət 1284.92 dollar (6424,60 ABŞ dollarının iyirmi faizi miqdarında) cərimə edilib.

"TACH" MMC təmizlik vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən şirkətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar