RUSİYANIN ÇİN PARANOYASI - Qərb sanksiyaları Pekinin işinə necə yarayır?

“Sanksiyalar Rusiyanın Çinə qarşı olan paranoyasını üstələməyə kömək edir”. Böyük Britaniyanın ”The Financial Times” qəzeti bu başlıq altında dərc etdiyi məqaləsində Rusiya-Çin yaxınlaşmasından bəhs edib. AzPolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir.

Hal-hazırda rus ordusu Ukraynada döyüşür. 45 il bundan əvvəl isə onlar tamamilə başqa bir düşmənlə vuruşurdular. 1969-cu iln martında Sovet İttifaqı Çin ilə qısa sərhəd müharibəsinə cəlb edilmişdi. İki ölkə arasında döyüşə səbəb olmuş kiçık Domanski adasına Sovet tanklarının geniş masştablı hücumundan sonra münaqişə başa çatmışdı.

İndi Rusiya ilə Çin arasındakı münasibət böyük dərəcədə dostcasına və yaxşıdır. Həmin münasibət keçən həftə Vladimir Putinin Çinin dövlət neftqaz şirkəti (China National Petroleum Corporation) ”CNPC”-ni şərqi Sibirdəki böyük Vankor neft-qaz yatağının işlənməsində iştirak etməyə dəvətindən sonra yeni səviyyəyə yüksəldi. Bu Rusiyanın öz köhnə Qərb dostlarından yeni Asiya dostlarına tərəf üz çevriməsinin ideal simvolu kimi görünür. Ümumiyyətlə isə Moskva Çinə qarşı paranoya hiss etməyə daima adət edib. Bu qorxu Rusiyanın Şərqində daha çox hiss edilir. Az məskunlaşmış və iqtisadi cəhətdən zəif region kimi, sərhəd baxımından onlar Moskvaya deyil, monqoloid irqinin tam üstünlük təşkil etdiyi və böyük iqtisadi imkanları olan Pekinə yaxındırlar.

Son iyirmi ildə Rusiya Çin şirkətlərinə sərhədi keçərək, neft, kömür və ağac materialları almağa imkan yaradıb. Ancaq bunlara baxmayaraq, Rusiya inadla çinlilərin neft yataqlarında pay sahibinə malik olma istəklərini qəti surətdə rədd edib. İndi vəziyyət dəyişib. 2006-cı ildə Çinin “Sinopec” şrkətinə Rusiyanın “Udmurtneft” şirkətinin bir hissəsini almağa icazə verdilər. Keçən il isə “CNPC” Rusiyanın şimalındakı Yamal yarımadasında yerləşən təbii qazın sıxılması layihəsinə aid səhmlərin 20%-ni alıb. Layihənin ümümi dəyəri 27 milyard dollardır. Həmin şirkətə həmçinin Arktika və Şərqi Sibirdəki lisenziyalaşmış neft sahələrindən pay götürmək də təklif olunub.

Bütün bu hadisələrin fonunda ən mühüm məsələ kimi V.Putinin Vankoru çinlilərə təklif etməsi daha çox maraq doğurur. Burada söhbət kursun inanılmaz dərəcədə dəyişməsindən gedir. Rusiya dövlət enerji şirkətləri özlərinin təkbaşına öhdəsindən gələ bilmədikləri çətin və mürəkkəb yataqların işlənilməsində xarici firmalarla əməkdaşlıq ediblər. Məsələn, "Saxalin-2” layihəsi Hollandiya-B.Britaniya şirkəti olan ”Royal Dutch Shell” ilə birlikdə müştərək şəkildə həyata keçirilib. Ancaq Vankor tamamilə başqa bir hadisədir. Bu büsbütün quru sahəsindəki iri bir yataqdır və həmin yatağın işlədilməsi onun operatoru sayılan “Rosneft” üçün əsaslı bir texnoloji çətinlik də yaratmır. Həmin yatağa xeyli ciddi yatırımlar qoyulub və o, az pul da gətirməyib. Hesablamalara görə, 2020-ci ildə Vankor və onun peyk yataqları gün ərzində bir milyon barel neft verəcək. Yəqin ki, Qərbin neft şirkətləri bu məlumatı eşidib, qısqanclıqdan ölürlər. Ona görə ki, cənab Putin öz çıxışında Qərbi nəzərdə tutaraq deyb: ”Ümumiyyətlə, biz öz xarici əməkdaşlarımızın yataqların işlənməsindəki iştiraklarına çox diqqətlə yanaşırıq, ancaq əlbətdə ki, bizim çinli dostlarımız üçün məhdudiyyət yoxdur.”

Lakin Rusiyanın Çinlə bu cür yaxınlaşması gücün deyil, zəifliyin əlamətidir. Çünki “Rostneft"in ciddi şəkildə pula ehtiyacı var. ”Rostneft”in xeyli borcu var və sanksiyalar onun Qərbin maliyyə mənbələrinə çıxışını məhdudlaşdırır. ”Rosneft” öz neft hasilatının xeyli hissəsini çinlilərə girov kimi qoyub. 2009-cu ildə Pekin “Transneft” və “Rosneft” şirkətlərinə Çinə çəkiləcək neft kəmərinin tikintisi üçün 25 milyard dollar kredit verib. Keçən il isə “Rosneft” ön ödəmə kimi “CNPC”-ni neftlə təmin etmək şərti ilə razılaşma əldə edib. Belə görünür ki, Qərbin kapital bazarına çıxışı olmadığına görə “Rosneft”in Çin maliyyəsindən asılılığı çox güman ki, bundan sonra da artacaq. ”Rosneft”-dən əlavə “Qazprom” şirkəti də çinlilərlə yaxın əməkdaşlığa başlayıb. Bu ilin may ayında Qazprom “CNPC” ilə 30 illik müddəti nəzərdə tutan və 400 milyard dollar dəyərində müqaviləyə imza atıb. Avropanın rus qazından asılılığı azaltmağa can atdığı bir dövrdə "Qazprom" başqa bazarlar və başqa əməkdaşlar axtarıb tapıb. Ancaq çinlilərlə danışıqlar hədsiz ağır keçib. Sövdələşmənin baş tutması üçün Rusiya qiymətdə böyük güzəştə gedib.

Sözsüz ki, Moskvanın Çin ilə enerji məsələsindəki münasibəti inkişaf etdirməsinin mənası və əsası vardır. Bir il əvvəl Çin dünyada neftin və maye yanacağın idxal edilməsinə görə ABŞ-ı ötüb keçib. 2020-ci ildə Çinə idxal ediləcək neftin ümumi həcmi təxminən gün ərzində 9,2 milyon barell olacaq. Bu isə 2005-ci ildəki göstəricidən dörd dəfə artıqdır. Çinin təbii qaza olan təlabatı da durmadan artır. 2013-cü ildə həmin təlabat 11.4% yüksələrək 164 miyard kub metr təşkil edib. ”CNPC” ilə əməkdaşlıq etməyin də öz problemləri mövcuddur. Avropada "Qazprom" zəif müştərilərə təzyiq göstərib, güclülərə çıxış əldə edərək “parçala - hökm sür”prinsipi ilə fəaliyyət göstərir. Çində isə “Qazprom” yalnız bir kontragent sayılan “CNPC”- dən asılı vəziyyətdədir. ”CNPC”–nin mövqeyi isə ildən-ilə güclənəcək.

1969-cu ildəki tank hücumu Domansk adası üzərindəki nəzarəti Sovet İttifaqına qaytarsa da, yekunda həmin ada çinlilərin əlinə keçdi. 2008-ci ildə Rusiya 174 kvadrat kilometrlik mübahisəli ərazini Çinə güzəştə getdi. Bu hadisə indi çinlilərin İnlun adlandırdığı Tarabar adalarında öz evlərini itirən yerli rus əhalisinin böyük etirazına səbəb olmuşdu.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar