"Seçkini baş tutmuş hesab etmək olar" - Ukrayna MSK

Ukraynada keçirilmiş növbədənkənar parlament seçkilərini baş tutmuş hesab etmək olar.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tatyana Slipaçuk məlumat verib.

O qeyd edib ki, parlament seçkilərinin legitimliyini şübhə altına alacaq hadisələr baş verməyib.

Xatırladaq ki, ötən gün keçirilmiş növbədənkənar parlament seçkilərində Ukrayna prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi “Xalqın Xidmətçisi” partiyası 42,45 faiz səslə liderdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar