Azərbaycanlılar və gürcülər birgə etiraz aksiyası keçiriblər

Gürcüstanın Saqareco rayonunda yerli azərbaycanlılar və gürcülər içməli su problemi ilə əlaqədar etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosu Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, aksiya Saqareco Bələdiyyəsinin yerli azərbaycanlılar və gürcülərin birlikdə yaşadıqları Qombori kəndində baş tutub. İçməli su probleminin həllini tələb edən kənd sakinləri mərkəzi avtomobil yolunu bağlayıblar.

Sakinlərin məlumatlarına görə, artıq 15 ildir ki, yay aylarında onlar içməli su problemi ilə üzləşirlər. Kənd sakinləri Saqareco merindən problemin həlli üçün dəqiq cavab alınmayanadək aksiyanı davam etdirəcəklərini bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar