Gürcüstan parlamentinin növbədənkənar iclasları keçiriləcək

Gürcüstan parlamentində növbədənkənar iclasların keçirilməsi planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqan iyulun 29-dan etibarən növbədənkənar toplantılar təyin etməyə hazırlaşır.

Bu məsələ ilə bağlı parlament prezidentə müraciət etməlidir.

Növbədənkənar iclaslarda 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı proporsional sistemə keçid, majoritar sistemin isə ləğvi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstan parlamenti yay sessiyası iyun ayının sonunda başa çatıb. Deputatlar komitələr fomatında fəaliyyətlərini davam etdirilər. Reqlamentə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın ilk çərşənbə axşamı günü açılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar