İki gün əvvəl dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb

İki gün əvvəl Xəzər dənizində batan 19 yaşlı şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar