Dövlət Komitəsi son 2,5 ildə 4 milyon manata yaxın satınalma həyata keçirib

Dərc olunub: 22/07/2019 - 17:13

0c198bee-7212-4714-9aeb-0d56a67e0c37Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi son 2,5 ildə 4 milyon manata yaxın satınalma həyata keçirib.

“Report”un məlumatına görə, satınalmaların əhəmiyyətli hissəsi konfransların, seminar-treninqlərin, seminar-müşavirələrin, sərgilərin təşkilinə xərclənib.

Təkcə 2019-cu ildə bu məqsədlərlə 1 186 530 manat dəyərində 7 satınalma müqaviləsi bağlanıb, o cümlədən 511 610 manatlıq satınalma Neftçalada eyni hüquqi ünvanda yerləşən “Sun Drink”, “Katrin-LD” və “Barens-2017” şikətləri ilə həyata keçirilib. Dövlət Komitəsi eyni küçədə lakin başqa ev üzrə qeydiyyatda olan “Starcom”la “Bakı şəhərində konfransların təşkili üzrə 198 640 manat dəyərində müqavilə imzalayıb.

Dövlət qurumu müxtəlif vaxtlarda hüquqi ünvanları Bərdə rayonu, Xanərəb kəndi olan “Vanur LTD”, “Abmore LTD”, “Mega Technology”, Nərimanov rayonu, Əhməd Rəcəbli ev 21, 21A, 23A, 25A olan “Dalmatin”, “Oniks STK”, “Qen Tex Servise”, “Marsan Service”, “Sinta”, Sabirabad rayonu, Qalağayın kəndi olan “Ambra Servis”, “Tikinti BT” və eyni adamların adına qeydiyyatda olan ayrı-ayrı digər şirkətlərlə də müqavilə imzalayıb.








loading...


Fikrinizi bildirin