Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

Dərc olunub: 22/07/2019 - 17:40

6c413fc4-7633-400f-9e7e-af262a737810Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində Azərbaycanla sərhəddə yerləşən Keşikçi dağı Məbəd-Kompleksi ilə bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı parlament üzvləri, Ədalət Naminə Partiyasının lideləri – Eka Beselia və Zviad Kvaçantiradze komitəyə yazılı müraciət təqdim ediblər.

Müraciətdə qeyd olunub ki, yüksək dövlət və ictimai marağı nəzərə alaraq, məsələ ilə bağlı parlamentin müvafiq komitələrinin nəzarət funksiyalarını prosesə cəlb etmək lazımdır.

Deputatlar ümid edir ki, yaxın günlərdə komitə Sərhəd komissiyası üzvlərinin iştirakı ilə qapalı dinləmələr təşkil edəcək və Keşikçi dağı Məbəd-Kompleksi ətrafındakı vəziyyət, danışıqların nəticələri və gələcək fəaliyyət barədə məlumatlar parlament üzvlərinə təqdim olunacaq.








loading...


Fikrinizi bildirin