Bakı-2019: Voleybol üzrə Azərbaycan yığması məğlub olub

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybolçular mübarizəyə qoşulublar.

APA-nın məlumatına görə, oğlanlardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

A qrupunda çıxış edən yığmamız Almaniya ilə görüşüb. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib – 3:0 (31:29, 25:19, 25:22).

Bu qrupun hazırda davam edən digər oyununda Bolqarıstanla Xorvatiya qarşılaşır.

Qeyd edək ki, millimiz sabah Fransa, birigün isə Xorvatiya ilə üz-üzə gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar