Azərbaycanın tanınmış klubu dağıldı

Ötən mövsüm Azərbaycan I divizionunda çıxış edən "Şüvəlan" klubu fəaliyyətini dayandırıb.

Qol.az xəbər verir ki, klubun bu gün keçirilən iclasında belə qərar qəbul edilib. Qərara əsasən, paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək. Komandanın bütün futbolçularına azad agent statusu verilib.

Qeyd edək ki, "Şüvəlan" 2017-ci ilədək AZAL adını daşıyırdı. Qəsəbə təmsilçisi ötən mövsüm I divizionu 7-ci pillədə tamamlamışdı.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar