"İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbərləri yalandır" - Donald Tramp

ABŞ prezidenti Donald Tramp İranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

“İranın CİA casuslarını həbs etməsi ilə bağlı xəbərləri ağ yalandır. Sıfır həqiqətdir. Sadəcə, naəlac qalan və nə edəcəyi barədə fikri olmayan dini rejimin irəli sürdüyü daha bir yalan və təbliğatdır (eynilə dron vurmalarına bənzər). İqtisadiyyatları çöküb, daha da pis olacaq. İran bütövlüklə qarışır!”, - D.Tramp qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar